YALTAQLARA İNANMAYIN!

Eldar SABİROĞLU

İnsanları qudurdan, onu adam cildindən çıxaran bircə şey tanıyıram - onun adı vəzifə və puldur!

Bu haqda media cameəsinin tanınmış üzvlərindən birinin müəllifi olduğu maraqlı məqaləni dünən "Konkret.az" saytında oxudum. Məqalədə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun xarekterik cizgiləri istedadla təqdim olunurdu.

Müəllif, ilk cümləsi ilə diqqətimi cəlb etdi. O, Əli Həsənovun timsalında adamı adamlıqdan məhrum edən, onu el içində biabırçı şəklə salıb cəmiyyətin hədəfinə çatdıran daha uyğun bir tərif seçmişdi. Müəllifin rəhmətlik atasından gətirdiyi iqtibas belədir: "İnsanın pulu çoxaldıqca ağlı da azalır". Çox düzdü.

Bir anlığa gözlərimiz önünə vəzifə yiyələrini gətirək. Kresloda oturar-oturmaz yığmaq, özləri üçün harın yaşayış tərzi qurmaq, bütün it- pişiklərinə iş, varidat yaratmaq üçün hər cür alçaq xüsusiyyətlərə əl atan adamlar, nə qədər ki, qanun əsasında cəzalanmırlar, onları hər hansı tərbiyəvi metodlarla düzgün və təmiz yola çıxarmaq mümkün olmayacaqdır.

Əli Həsənovu partiyadan tanıyıram. Onun rüşvətə, haram məsələlərə xoş meyli elə YAP-ın qərargahından vüsət almağa başlamışdı. Onsuz da düşmənim az deyil, pul alıb partiyada vəzifələrə gətirdiyi adamların adlarını çəkmək istəmirəm. Hətta onların içərisində bu gün dörd rayon təşkilatının sədri vəzifəsini daşıyan şəxslər də var.

O, mənə də öz təcrübəsini öyrətməyə çalışırdı. Lakin tam məsuliyyətimlə bildirirəm ki, onun fitvasına uyub belə çirkin yolu seçmədim. İndi kimsə deyə bilməz ki, ondan rüşvət götürüb işini düzəltmişəm. Baxmayaraq ki, bu natəmiz işdən bəhrələnmək imkanım az olmayıb. Ancaq köməklik etdiyim və işlə təmin olunmasına səyimi əsirgəmədiyim adamların heç birindən 5-10 quruş almamışam. Halbuki təklif ediblər, götürə bilərdim...

Cəmi bircə dəfə bunun oduna yanmışam. Ölümlü-itimli dünyadı...

Günlərin birində yaxın bildiyim birini işə düzəltdim. Gətirib zorla cibimə 300 dollar pul qoydu... Gecə səhərəcən gözümə yuxu gəlmədi. 300 min rüşvət alanların poladdan ürəkləri varmış...

Sabah açıldı, həyat yoldaşım Tahirə xanıma dedim ki, rüşvəti götür, get şəhərə, uşaqlara, özünə paltar-palazdan al...

Qapı cırıldayan kimi qorxu məni bürüyürdü. İçimdə deyirdim ki, gəldilər aparmağa...

O oldu, bu oldu, evimə 1 manat belə haram pul girmədi.

Əli Həsənov isə rastına çıxanı buraxmazdı. Jurnalistlərə Prezidentin verdiyi mənzilləri də rüşvətlə satırmış. Ona görə bu adam nəinki üzr istəməklə çanını qurtarmalıdır, o, məhkəmə önünə çıxarılmaqla öz layiqli cəzasını almalıdır. Rüşvətə, haram pula heç bir halda güzəşt ola bilməz!

İctimai-siyasi şöbənin müdiri Əli Həsənovun ailə itinə ayda 3500 manat vəsait xərcləməsi xəbərini eşidəndə, təpəmdən tüstü çıxdı. Görün, özünün saxlanmasına nə qədər pul xərclənirmiş.

Hələ ailəsini demirəm. Onun təkcə Bakı şəhərində qiyməti milyonlarla hesablanan villaları var. Şamaxıda, Xızıda, Qax və Zaqatalada və ölkənin digər səfalı məkanlarında bilmədiyimiz neçə-neçə iqamətgahları var...

Ailə biznesi ilə fərx edən vəzirovçunun medianın başına açdığı hadisələrdən, ola bilsin ki, ictimaiyyətin tam ətraflı bilgisi yoxdur. Bu gün məhz Əli Həsənovun yarıtmaz, mediaya münasibətdə qeyri-peşəkar fəaliyyəti nəticəsində ölkəni tərk edən bəzi jurnalist və bloqerlər tərəfindən xaricdən hakimiyyətin əleyhinə, Prezidentə və ailəsinə olmazın ədəbsiz və tərbiyəsiz ifadələrin işlədilməsinə yol verilir ki, bunun da əsas baiskarı Əli Həsənovdur.

Konkret bir misal çəkəcəyəm.

Vidadi İsgəndərlini yəqin ki, tanımamış deyilsiniz. Fransada oturub, o söyüş qalmır ki, hakimiyyətin ünvanına səsləndirməsin. Əvvəllər yalnız sərt ittihamlarla kifayətlənirdi. Lakin atasının məzarı murdarlanandan sonra başladı ağzına və ağlına gələn söyüş və təhqiri hakimiyyətin ünvanına yönəltməyə. Vidadinin atasının məzarını təhqir etdirən, sonra da sosial şəbəkələrdə bu biabırçı faktın yayılması tapşırığını verən Əli Həsənov azca düşünsəydi, bu əməlin haralara uzanacağını müəyyən edə bilərdi. Yəqin elə zənn edib ki, düz iş görür. Çirkab bir işdən yapışdığının bəlkə də fərqinə varmadan bu "sədaqətin" altına imzasını atıb. 

Belələri yenə var. Özü də çoxluqdur...

Prezidentə yarınmaqdan ötrü hər vasitəyə əl atan adamlar açıq düşməndən daha təhlükəli olurlar. Odur ki, öz maraqları xatirinə dövlət başçısına göstərilən ölçü-biçisi olmayan yaltaqlığın qarşısı alınmalıdır.

Yaltaqdan hər şeyi gözləmək olar. Odur ki, cənab Prezidentdən bir xahişim var: YALTAQLARA İNANMAYIN!

635x100

Şərhlər

Elçin 2021-03-16 07:45:09

Əli Hikmət babaoğlu ilə əlbir olub Arif Əsədov adl çobana ev verdi

faiq 2021-02-21 10:39:05

Sizin o fedakar oqlunuzun fikirlerini oxumaq isterdik.Niye metbuata cixmir.

Azərbaycanlı 2021-02-19 14:30:08

Eldar Sabiroğlunun hansı ixtisas sahibi olduğunu dəqiq bilməsəm də onun yazısından Azərbaycan dili fənnini orta məktəbdə zəif oxuduğunu bir daha dəqiq bildim.

Eli 2021-02-18 23:12:45

Yaltaqlara inanmamaq tövsiyyesine gelince H.Eliyev terefinden qoyulan dövletçilik siaseti uğurla davam etdirib ölkeni füzgün idare etmeyi bacaran 30 illik problem olan Qarabağ meselesini hell eden ve MQ hemsedrlerinin timsalında bu dövletlere meydan oxuyan ağıllı ,cesaretli,qorxmaz ve qetiyyetli Ali Baş Komandan,prezident üçün beş üç şexsiyyetsiz yaltaq yultsğı o da tanıyır Azerbaycan xalqı da ki onlar sıfır gücünde olan tör töküntülerdirdir ve heç neye mane olmaq gücünde deyilller

Ramil 2021-02-18 22:17:40

.. Haqqına desek ele Elini yıxan bunun arxivden tapıb çıxardığı, telebelik illerinde Heyder Eliyevin düşmeni olan Vezirova yazılan teriflerin altına atdığı imza oldu.

Eli 2021-02-18 22:00:28

Sabir müellimün fikirlerinin semimiyyetine men şexsen inanırsö.Xüsusen harsm pul haqqındakı fikirleri ki aksiomadır isbata ehtiyacı yoxdur.Ancaq adamın pulu çoxalanda ağlı azalır fikri tamammile sehv ve absurd fikirdir.Niye?Ona göre ki beşer övladı dünyaya göz açanda yaşamaq öxü de yaxşı yaşamaq uğrunda mübarize aparır.Fikrimin tesfiqi üçün dshi Nesreddin Tusinin”Exlaqi Nasir”,Şerqin iki böyük edebi mövüzesi olan”Kelile ve Dimne”,”Qabusname”eserlerindeki fikirleri misal getirmek olar.Kişi eger zehmet çekin esiyyate qatlaşıb halal yolla ailesini dolandımırsa bu qeyretsizliyin elametidir.Bir de bacır phl kimin elindedir sxmağın ya ağıllının.

Nazim 2021-02-18 17:52:49

Zakir qaralov hara baxirdi? tecili hebs edilmelidir...

Roma 2021-02-18 17:15:50

Çox sağ olun, bəli yaltaqlıq və rüşvət nəticə etibarı ilə mənəviyyətsizliyə aparır...

Mehdi 2021-02-18 16:36:07

Əli isdə olanda gərək bu dediklerini dilə gətirəydin ey,taa əli isdən qovulandan cox sonralar yox.Indi necə deyələr nənəm də deyər.

Son yazılar