Menu

Rusiya ABŞ təyyarələrinin Norveçə yerləşdirilməsinə etiraz etdi

18.02.2021, 23:28
Rusiya ABŞ təyyarələrinin Norveçə yerləşdirilməsinə etiraz etdi

“Amerikanın strateji B-1 bombardmançı təyyarələrini Norveçə göndərməsi strateji sabitlik və sülh üçün əngəllər yaradır”.

“Report”un məlumatına görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin tvitter səhifəsində məlumat yerləşdirilib.

ABŞ ordusunun strateji bombardmançı təyyarələri Orland aviabazasında yerləşdirilib.

Təyyarələr bir ay ərzində Rusiyanın şimal-qərb sahilləri yaxınlığında və Arktika bölgəsində uçuşlar həyata keçirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol