Menu

"Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq" - Mikayl Cabbarov

19.02.2021, 17:34
"Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq" - Mikayl Cabbarov

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək". "Report" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.

Nazir ötən gün iştirak etdiyi, Ankara keçirilmiş Türkiyə-Azərbaycan İş Adamları Forumuna da toxunub: "Qardaş Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi - ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol