Menu

Novruz bayramında karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

19.02.2021, 20:41
Novruz bayramında karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Son günlər yoluxanların sayında azalma dinamikası davam etsə də, sərtləşmələrlə bağlı fikirlər də səsləndirilir. Belə ki, mart ayında karantin rejimində yenidən sərtləşmələrin olması ilə iddialar var. Novruz bayramında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Novruz bayramına kimi karantin rejimi yenidən sərtləşə bilər:

"Mart ayında bayramlar çox olduğu üçün, karantin rejiminin sərtləşdirilməsi gözələniləndir. İnsanlar bayram günlərində karantin rejiminə baxmayaraq yenə də bir-birilərinin evinə gedib gəlirlər. Bayram günlərində yoluxma və ölüm saylarının artmaması üçün yenidən məhdudiyyətlər ola bilər. Əlbəttə vaksinasiyadan və insanlarımızın 3 qızıl şərtə əməl etməsindən də çox şey asılı olacaq. Sevincidirici haldır ki, insanlarımız qaydalara əməl edirlər. Demək olar ki, əvvəlki dövrlə müqayisədə maskasız insan yoxdur. Qapalı yerlərdə də insanlarımız maskadan düzgün istifadə edirlər. Düşünürəm ki, əldə edilən müsbət nəticəni qorunmaq məqsədilə martda bayramlara görə sərtləşmələrə gedilə bilər".

Şərhlər

t.ədalət 2021-02-19 21:55:53

Artıq sərtləşdirilmə rejimi "evcik-evcik" oyununa çevrilib.Xalqın sağlamlığının qayğısı əsasən apteklərdə satılan dərmanların üzərində dövlət nəzarətindən getməlidir.Qiymətləri günbəgün artan dərmanı almaq hər xəstəyə nəsib olmur.Hakimiyyət eşalonundan kənarda kimin pulu var ki?Mənzil sahəsi də hakimiyyət oğrularının imkanları daxilindədir.Kasıb-kusub 28 kv.metrrin içində məhv olur.Yazıq camaatı niyə öldürürlər.Axı,onlar olmasa müharibəyə aparılacaq əsgər də olmaz.Camaatı karantin rejiminin ağırlığı ilə sınağa çəkmək Allaha da xoş getməz.Rejimin sərtliyinin məmurlara heç bir aidiyyatı yoxdur.Məhv edilən sadə camaatdır.Yollara kanalizasiya suyu səpməklə dezinfeksiya olmur.Ev-ev,bina-bina hər yer keyfiyyətli dərmanla dezinfeksiya edilməlidir.Hətta həyət və parklardakı uşaq-əyləncə yerlərinə kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol