Menu

Türkiyədə koronavirusla bağlı son vəziyyət

19.02.2021, 21:50
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 419 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 498, ağır xəstələr isə 1185 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 624 019 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 511 548 nəfər sağalıb, 27 903 nəfər isə həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol