Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin üçün general rütbəsi prioritet deyil, amma o, bu rütbəyə layidir. Bu barədə fevralın 19-da brifinq zamanı Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
“Şübhəsiz ki, prezident bu rütbəyə layiq olduğunu dəfələrlə sübut edib, amma bu, onun üçün prioritet deyil. O, prezident işləyir, onun işləri çoxdur. Axı o, kadr zabit deyil.O, digər məsələlərlə – dövlətin gündəlik idarə ounması ilə məşğuldur” - Peskov bildirib.
“Məncə o, ehtiyatda olan polkovnikdir” - katib əlavə edib.
Peskov özü barədə bildirib ki, baş leytenant rütbəsi var.
AzPolitika.info


Şərhlər