Menu

Azərbaycan və Türkiyənin əməkdaşlığına dair daha bir saziş qüvvəyə minib

20.02.2021, 09:51
Azərbaycan və Türkiyənin əməkdaşlığına dair daha bir saziş qüvvəyə minib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında saziş”i təsdiqləyib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qanun imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol