OQTAY ƏSƏDOVUN DAHA BİR VİLLASI AŞKARLANDI - Özəl meşəlik, meşənin içi ilə çaya çıxış (FOTO)

Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar yayılıb.

Məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.

"Keçmiş spikerin villalarından biri Qubada, Qəçrəş yolundadır. Peykdən dəbdəbəli görünməsə də, bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır. Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var. Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib.

Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir. Milli Məclisin və "Azərsu"yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa - Buzovna yolunun üstündədir. Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib" – deyə C.Həsənli bildirib.


Şəkilin açıqlaması yoxdur.
May be an image of mətn
May be an image of ağac, təbiət və dağ
May be an image of açıq Havada və bunu deyən yazı "Google"

635x100

Şərhlər

Eli 2021-03-01 00:43:18

Moşu müellim bir az sebrli olun ve bu atalar meselesini yaddan çıxarmayın:Qanan qanmayana hemişe borcludur

Moshu 2021-02-28 12:24:41

Moshuya yazanın diqqətinə. Yazmaq xatirinə niyə yazırsan ay .... Bu yazının şərhimə ehtiyacımı var? Mənim intellektual səviyyəm, tərbiyəm kiməsə əsas vermir mənasız ifadələrdən istifadə etməsinə. Bir az da olsa özünə hörmət et. Bəlkə Oktay Əsədovla bağlı şərhim sənin çestinə toxunub. Odur ki, AFTAFA elə sizlikdir

İ.Mustafaoğlu 2021-02-22 21:13:23

Hansını tərpətsən, altından topdağıtmaz sərvət və əmlaklar çıxır ? Oloqarxlar tərəfindən mənimsənilmiş milyardlar, əllərindən alınması üçün Maliyyə Palatası tərfindən yox, peşəkar Mühasiblərdən ibarət təftiş komissiyası yaradılmalı və onların vasitəsilə Nazirliklər, Komitələr, İcra Hakimiyyətlərinin maliyyə təsərrüfat fəaliyyətləri təftiş olunmalıdır. Belə yoxlamalar təşkil olunarsa, nəticəsi ən azı Ölkəmizin büdcəsi 3-dəfə artıqlaması ilə yerinə yetirilər...

Moshuya 2021-02-21 18:59:25

"Bəxt üzüyü" filmində,axırda Moşunun aftafası qalır... Milisioner (Arif Quliyev) də qaça-qaça qışqırır... AFTAFA...

ejder 2021-02-21 17:57:52

aye bunlar,,weref,,wohret,,ordenli quldur destesidi.bizde weffafliq kimne qeder,oqurlayir balaca uwaqda bilir

Azər 2021-02-21 16:43:42

Biabirçuliq

t.ədalət 2021-02-21 15:04:06

Oqtay Əsədov həmişə ... Onun oğru olduğunu fərq edə bilməmək şüebhəli görünür.Güman ki "izinsiz ova çıxmazdı".

rasim quliyev 2021-02-21 14:42:05

Xalq darda senin kimiler oturub.bu xalqin qani ichib .Azerbaycanli deyil yeqin Ermenidir

VALEH 2021-02-21 14:27:23

SÖZDN İŞƏ KEÇİLMƏSƏ NƏTİCƏ OLMAZ! ..

boz kardinal 2021-02-21 13:58:07

Əəəəə... gözünə soxacaqsan????

Moshu 2021-02-21 12:20:58

Ölkə başçısı bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimai nəzarətin vacibliyindən danışır. Buyurun, bu da ictimai nəzarət. Əgər bu yayımlardan sonra bu biyabırçılığa reaksiya verilməsə, əhalinin bütün ümidləri puç olacaq. Qaldı Oqtay Əsədova. Niyə Mehdi qağam təəccüblənir. Sabiq spiker işlədiyi dövrdə işə qəbul etdiyi gül balalarının oliqarx valideynlərinə gördürüb bütün bu işləri. Hələ Milli Məclisdə vaxtı ilə nə qədər ölü canların "işlədiyini", sonra da kifayət qədər pulla pensiyaya çıxdıqlarını nəzərə alsaq bu yazıda verilən villalar-millalar cüzi görünər. Odur ki, dövlətlə haqq-hesab çəkmək vaxtıdır, daha doğrusu dövlətin müharibəyə xərclədiyi vəsaiti büdcəyə ödəməlidirlər. Güman edirəm ki, cənab Prezident mənfur qonşularımızı pat vəziyyətində qoyduğu kimi bu oliqarxcıqları da mat vəziyyətinə qoyacaq. Mən buna əminəm

Vətəndaş 2021-02-21 12:11:57

Ona görədə ölkəmizdə məmur özbaşnalıqarı hökm sürür.....PA , NK, MM müraciət edirsən müraciətinə baxan yoxdur ? Vətəndaşların müraciətlərinə baxılmaması, məmurların dövlət büdcəsinin dağıdılmasına gətirib çıxarır. ...

Mehdi 2021-02-21 11:53:26

Aqzinda iki kəlmə sözu bir birinə çalaya bilməyənin görduyu işlərə baxin.Hələ bu hökumetin yavaşi budu,görun bərk gedənləri nələr törədiblər bu ölkədə.

Son yazılar