Menu

Ebola xəstəliyi rəqəmlərdə - Video

15.10.2014, 18:07
Ebola xəstəliyi rəqəmlərdə - Video

Cəmi 10 ay ərzində Ebola epidemiyası Qvineya, Syerra Leone və Liberiyada geniş yayılıb.

Yoluxmaların sayı hər gün artmaqdadır və yardım çatışmır. Ebola həm də Qərbi Afrika ölkələrinin səhiyyə sisteminin nə qədər zəif olduğunu göstərdi.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əsasən, Qvineya, Liberiya, Syerra Leone və Nigeriyada 240-dan çox tibbi işçisi Ebolaya yoluxub.

Bu, hər 20 işçidən biri deməkdir. 120-dən çox tibbi işçi xəstəliyə görə ölüb. Bu isə hər 16 nəfərdən biri deməkdir. Hər bir işçinin ölümü, bu ölkənin Ebola ilə mübarizə aparmasını daha da zəiflədir.

ÜST təxmin edir ki, 22 milyondan çox insanın yardıma ehtiyacı var və hazırkı yayılmanı məhdudlaşdırmaq üçün 1 milyard dollar lazımdır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol