“MƏNİMSƏNİLMİŞ PULLARI GERİ QAYTARMAQ MÜMKÜN OLMUR...” - "Həmin şəxslərlə fərdi söhbətlər aparılmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, bir çox müşahidəçilər ABŞ-da Baydenin hakimiyyətə gəlişi ilə dünyada, o cümlədən bizim regionda çox şeyin dəyişəcəyini, avtoritar rejimlərin cəzalandırılacağını, həmçinin Rusiyanın ərazi bütövlüyü pozulmuş keçmiş sovet respublikalarından çıxarılacağını proqnozlaçdırırlar. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Bu cür fikirlər səsləndirməklə bəzi əlacı kəsilmiş insanlar özlərinə və tərəfdarlarına təskinlik verirlər. Bayden ABŞ-da vitse-prezident olanda Rusiya Ukraynanın ərazilərinin 20 %-ni işğal etdi. Halbuki 5 dekabr 1994-cü ildə Rusiya, ABŞ, Böyük Britaniya və Ukraynanın imzaladağı 6 bənddən ibarət olan Budapeşt Memorandumu ilə tərəflər Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında onun ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına təminat verirdilər. Memorandumun 4-cü bəndinə görə, əgər Ukrayna təcavüzə məruz qalarsa, tərəflər təcili BMT TŞ-nın iclasını çağırmalı və Ukraynaya kömək etməli idilər. O zaman Ukrayna SSRİ-nin dağılması nəticəsində onun malik olduğu nüvə arsenalının 1/3-nə (üçdə birinə) sahib olmuşdu. Bu, hər biri 6 nüvə başlığı daşıya bilən 175 uzaqmənzilli ballistik raket, 1800 nüvə başlığı demək idi. Ukrayna dünyada 3-cü nüvə gücünə sahib ölkə idi. Razılaşmaya uyğun olraq, Ukrayna nüvə silahından imtina etdi. Amma Krım və Şərqi Ukrayna işğal olunanda ABŞ nə etdi? ABŞ faktiki işğala yaşıl işıq yandıraraq bəyan etdi ki, Krım işğal olunarsa, biz Rusiyaya sanksiya tətbiq edəcəyik. Halbuki işğalın qarşısını almaq üçün, Krım işğal olunarsa Rusiya ilə müharibəyə başlayacağını bəyan etməli idi. 

Onlar kömək bir yana, heç Ukraynaya tank əleyhinə raketlər, müasir silahlar da satmadılar ki, özünü müdafiə edə bilsin. Dedilər ki, bu müharibəni alovlandıra bilər. Tətbiq etdikləri sanksiyalar da iqtisadiyyatın əsas sahələrini əhatə etmədi. Bu, sadəcə həmin ölkənin öz beynəlxalq öhdəliyinə tüpürməsi, Ukraynaya xəyanət, dünyada gücə və zorakılığa meydan verilməsi idi. Biz o zaman vitse-prezident Baydendən Prezident Obamadan fərqli mövqe görmədik. Ona görə də inanmıram ki, siyasətdən az-çox başı çıxanlar deyilənləri ciddi qəbul etsin. Əlavə sanksiyalar ola bilər, amma bu heç nəyi dəyişməyəcək. İran, Şimali Koreya təcrübəsi göstərir ki, sanksiyalarla beynəlxalq problemləri həll etmək mümkün deyil.

- Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri korrupsiya yolu ilə büdcədən oğurlanmış, xalqdan rüşvət olaraq toplanmış, yaxud başqa formada qanunsuz olaraq əldə edilmiş vəsaitlərin dövlət büdcəsinə geri qaytarılmasıdır. Cinayət təqibi qaydasında həmin vəsaitləri geri qaytarmaq mümkündürmü?

- Bir hüquqşünas kimi tam əminliklə deyirəm ki, yalnız inzibati yollarla korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq mümkün deyil. Bunun üçün struktur və institusional islahatlar aparılmalı, hakimiyyət bölgüsünə real məzmun verilməli, çoxpartiyalı sistemin gücləndirilməsi üçün siyasi islahatlar aparılmalı, güclü məhkəmə hakimiyyəti qurulmalı, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər maaş verilməsi üçün iqtisadi islahatlar həyata keçirilməlidir. Bu istiqamətdə müəyyən addımlar atılır və bu iş sürətlə genişləndirilməlidir. 

Bundan başqa, qüvvədə olan, 1993-cü ildə mərhum Prezident Elçibəyin dövründə qəbul olunmuş, 1995-ci ildə əlavə və dəyişikliklər edilmiş “Varidata təminat verilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu var. Həmin Qanunun 2-ci maddəsinə görə, hər kəs pulunu izahat və deklarasiya təqdim etmədən qanunvericiliklə qadağan olunmayan istədiyi sahəyə yönəldə bilər. 3-cü maddədə isə deyilir ki, Azərbaycan Respublikası vətəndaşı xaricdə sahibkarlıq fəaliyyəti nəticəsində qazandığı pulu ölkəmizə gətirərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur.

Beynəlxalq Bankda baş vermiş korrupsiya cinayətənin təqibi bir daha sübut etdi ki, bu yolla mənimsənilmiş pulları ya geri qaytarmaq mümkün olmur, ya da cüzi bir qismini geri qaytarmaq olur. Ona görə həmin şəxslərlə fərdi söhbətlərin aparılması yolu ilə vəsaitlərin geri qaytarılması və iqtisadiyyata yönəldilməsi üsulunu daha ümidverici hesab edirəm.

Yeri gəlmişkən, onu da qeyd edim ki, bəzi siyasi vəzifə tutan məmurlara görə, dövlət, hakimiyyət orqanlarının gözdən salınmasına yol vermək olmaz. Amma bunu müşahidə edirik. Qanunsuz əməllərlə məşğul olan müəyyən vəzifəli şəxslər bunu tabeçiliklərində olan bir-iki şəxsin əli ilə edirlər. Qalanları aldıqları məvaciblə dolanırlar. Cəzanın fərdiliyi prinsipi var. Məsələn, əgər bir gömrük, yaxud vergi işçisi rüşvət alırsa, buna görə o, şəxsən məsuliyyət daşımalıdır. Həmin cinayət əməlinə görə bütünlükdə vergi və gömrük orqanlarının üzərinə səlib yürüşü təşkil etmək yolverilməzdir. Əgər dövlət orqanlarında rüşvətxorluq sistemli xarakter daşıyıb, geniş yayılıbsa, bu halda rəhbərliyin məsuliyyətindən danışmaq olar. Amma çox təəssüf ki, bəzi jurnalistlər, bloqerlər mövcud problemlərin nədən qaynaqlandığını araşdırmaq əvəzinə sifarişlə, hətta yaxşı mənada fərqlənən ayrı-ayrı vəzifəli şəxsləri də hədəf seçib, onlara qarşı total gözdənsalma kampaniyası aparır və beləliklə də bilərəkdən, yaxud bilməyərəkdən dövlət hakimiyyətini gözdən salıb, təxribatlara yol açırlar. Bir daha vurğulayıram, öncə qeyd etdiyim islahatları dərinləşdirmədən, yalnız cinayət təqibi yolu ilə mövcud problemləri aradan qaldırmaq mümkün deyil. Düşünürəm ki, kadrların dəyişdirilməsi əsasən cinayət təqibi qaydasında yox, bir qayda olaraq islahatlar çərçivəsində həyata keçirilməlidir.

- Ermənistanda Paşinyan hökumətinin istefasını tələb edən son etiraz aksiyası barədə nə deyə bilərsiniz?

- Ermənistanda korrupsiyalaşmış, birinci Qarabağ savaşı zamanı ağır hərbi cinayətlər törətmiş eks-prezidentlər və digər yüksək vəzifəli şəxslər 44 günlük Vətən müharibəsi zamanı öyündükləri “məğlubedilməz” ordularının Azərbycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilməsinin günahını Paşinyanın üzərinə qoyub onu devirmək istəyirlər. Onlar Rusiya ilə dostluqlarını nə qədər qabartsalar, nə qədər pul xərcləsələr də, yüzminləri küçələrə çıxara bilmirlər. Çünki erməni cəmiyyəti onları tanıyır və onlardan iyrənib. Amma bu vəziyyət çox davam etməyəcək. İqtisadi-sosial vəziyyət ağırlaşdıqca digər dəyərlər arxa plana keçəcək, insanlar yalnız yaşamaq haqqında düşünəcək və Paşinyandan üz döndərəcəklər. Əgər Paşiyanın qarğa qədər ağlı varsa, dərhal iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağın statusu məsləsinə dilinə gətirməməli, bizimlə və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Əks halda Qarabağ klanı çevriliş yolu ilə hakimiyyəti dəyişəcək. 

Paşinyan cəsarətsizlik edib, hakimiyyətə gələndən sonra münaqişə ilə bağlı buraxdığı səhvi təkrar edərək Qarabağ probleminin həlli istiqamətində ciddi addım atmasa, özünü və ölkəsinin suverenliyini tamamilə məhv edəcək, bununla yanaşı, Ermənistanı yeni müharibə ilə üz-üzə qoyacaq. Onun çox az vaxtı qalıb.

635x100

Şərhlər

musa 2021-03-12 20:45:59

A kişilər bu cib müxalifəti nə vaxtan siyasət adamı olub.qızıl kimi vaxtınızı onun sərsəm fikirlərinə sərf eləməyin.onun sifətinə baxanda hər şey aydın olur.i vaxtnızı onun boş-boş s

Veten dashi 2021-03-12 10:38:10

Bəlkə Saakaşvilini köməyə çağıraq....

Qüdrət bəy! 2021-02-23 17:15:09

Həsənquliyev şərhləri oxunalı,düşünməlidir.Əgərheç nəy gücü çatmırsa həmkarları kimi sussu.e

Gullaga 2021-02-22 11:36:14

DIN-nin gucu kasiblara,aclara ve bir de qanunlara biganelikden bezen mitinq istitakcllarina serf edilir.Sanki iri ogru quldurlari muhafize edirler.Bele olmasayddi bu qede talancilar. Serbest,sad xurrem yasaya bilmezdiler.

Asif 2021-02-22 09:38:39

ERMƏNİ PARADI https://www.instagram.com/tv/CLkD5Y7gCuL/?igshid=1bapzq6g2zmxp https://www.youtube.com/watch?v=whUZB4BR5W8

Nazim 2021-02-22 08:13:13

ramiz mehdiyev ve zakir qaralov ne qeder ki azadliqda gezir musbet nedense daniwmaq olmaz....

Veteran 2021-02-21 21:46:23

Onlar tülki kimi qorxaq və parnik xiyarıdırlar.Bütün qor-qoduqlarıilə damlasalar hər şeylərini alacaqlar.

OXUCU 2021-02-21 21:45:24

ADAMI LAP AĞLAMAQ TUTUR.TOYUQ OĞRUYANI TUTURLAR HƏLƏ M

Həsənquliyevə 2021-02-21 21:32:11

Məlumdur ki,talançı məmurların hamıs; YAP-ın öndə gedən.bəlli bölgədən olanlaronların qohum,qudalarıdır.Bunu bilərəkdən ölçü fötürmək üçün əvvəlcə talançı YAP-ı bağlamaq,sonra talançıları həbs etmək,əmlaklarına həbs qoymaq,əllərindəki,banklardakı pullarını əllərindən almaq,xaricə köçürdüklərinən hesablarını qapatmaq vacibdir.Bunları eymək istəməyəndə əlbəttə ala bilməzsiniz.Əfsus ki,belə etmək düşünmək istəyən tapılmır.y,lkı [n

İ,Mustafaoğlu 2021-02-21 20:54:52

Qanunlarımız işlək vəziyyətində olmamasına görə məmurlar tərəfindən dövlət büdcəsi talan edilir. Dövlət büdcəsinin talan olunmasının qarşısını almaq üçün qanunlarımız işlək vəziyyətində olmalıdır və qanunlarımıza nəzarət qanunu olmalıdır. Bundan başqa aidiyyatı qurumlar tərəfindən Vətəndaşların haqlı şikayətinə baxılmamasının nəticəsi yenədə dövlət əmlakının talan olunmasına, korrupsiyaya yol açmasına gətirib çıxarır...Korrupsiyalaşmış məmurlar idarə və müəssisələrə əsil peşəkar Mühasibləri işə qəbul etmirlər, Mühasib vəzifəsinə orta təhsilli şəxsləri işə qəbul edirlər və dövlət əmlakını talan edirlər.. Nazirliklər və Komitələr orta təhsilli, qeyri-peşəkar şəxsləri Baş mühasib vəzifəsinə təyin edirlər, dövlət əmlakını dağıtmaq üçün..Ona görədə aidiyyatı qurumlar tərəfindən qanunlarımızın icra olunmasına nəzarət olunmalıdır. SSRİ dönəmində olan yoxlamalar bərpa olunmalıdır, çünki işbazlar yoxlamaların dayandırılmasını bildikləri üçün öz məqsədləri naminə qanunlarımıza əhəmiyyət verrməyirlər və vətəndaşı dövlətdən narazı salmağa çalışırlar. Korrupsionerlərin əldə etdiyi milyonlar əllərindən alınmalıdır, çünki onların qanunsuz yolla varlanması gələcək dövlətçiliyimiz üçün təhlükə mənbəyidirlər...

ejder 2021-02-21 19:28:01

korrupsiys,oqurluq ...

Xalq 2021-02-21 18:13:16

axırıncı sualın cavabını tam dəstəklədik!

Aydın 2021-02-21 17:12:20

Qüdrət Həsənquluyev həmişəki kimi yenə fırladır. Onun istədiyi odur ki ölkəni talan etmiş quldurlara bəraət qazandırsın. Rüşvəti,korrupsiyanı qanunlaşdırmaq istəyir.

veten dashı 2021-02-21 17:04:12

Sadəcə dəmir yumruğ lazım.Yerindəcə kəsib atacaqsan.Digərlərinə də örk olacaq.Biz də isə necə illərdir ki, kəsərəm deyirlər kəsmirlər.Hər kəs hər cür şərəfsizliklə xalqin malin talan edir, milyonlar yığır sonra da bir Şərəf ordeni alıb yola salınır.

Cəmşid Dərələyəzli 2021-02-21 15:29:26

Bu adam heç vaxt real bir mentiqdən çıxış etməyib. Daima bax beləcə həm nala döyüb, həm də mıxa. .

kasıb 2021-02-21 15:26:55

Qüdrət müəllim deyirsiz ki «bəzi siyasi vəzifə tutan məmurlara görə, dövlət, hakimiyyət orqanlarının gözdən salınmasına yol vermək olmaz» Necə olmaz? Bütün hakimiyyət orqanları aşağıdan tutmuş yuxariya kimi 30 ildir rüşvət talanla məşğul olublar. İndi isə Tağı demiş burcutmaq istəyənlər var,ancaq alınan deyil. Fakt faktlığında qalır. Allah eləməsin bəlkə bu millət bəzilərinin istəyi kimi qırılıb qurtara onda atılmış 100 milyardların üstü basdırılar. Yəqin ki bu da çox getməz. Bir gün partlayacaq. Çünki millət göz görə atılıb,talanıb.

rasim quliyev 2021-02-21 14:41:29

Teklif edirem Cindeki kimi gulleyik sonrada gulle pulunu ailesinden alaq

ELSAD 2021-02-21 14:25:16

Cox duzgun qeyd edilib.Limonlu cay sufresi etrafinda razilawma olmalidir.Hetta sufrede Baki paxlavasi olsa daha yaxwi olar.Filankese deyirler niye ses eleyirsen deyir bes qorxuduram,soruwurlar bes quyruqun niye esir deyir cunki ozum de qorxuram...

Qüdrt bəyə 2021-02-21 14:22:51

Gül kimi geri qaytarmaq olar.Tutun,damlayın,əlindəkilərini alın.mülklərinə həbs qoyub.satışa çıxarın.xaricə yatırdıqlarınıgeri çağırın.Bunları edin.görün necə geri qaytarılır.Amma etmirsiniz,Çünki hamısı ilə ya qohumluq,ya qudalıq,ya yerlilik əlaqələriniz var.ya da bilərəkdən rüşvətlə təyin etmisiniz.diliniz gödekdir.u

Sahib 2021-02-21 13:02:55

Oğrular hamısı yerlilərinizdir də,sizə sərf edir

Vətəndaş 2021-02-21 13:00:48

belə çıxır ki,talançı atanşiklət millətə xalqa düz edib atıblar və onlara heç nə olası deyil. Onları qoruyan anti milli qüvə var. Q üdrət bu millətə yüz millyard atanlar ki var,onlar bizə elə erməni kimi düşmənlərdirlər. Əsl vətən xainləri,xalq düşmənləri onlardır. İndi sən yaxşı araşdır onların kimliyini. Kimdir onlar?

t.ədalət 2021-02-21 12:49:26

Qüdrət müəllim,nə dediyinin fərqindədir?Necə yəni quldurlarla danışıqlar apararlar? Oğrunun,büdcə gəmiricilərinin,talançıların islahı həbsxanalarda mümkün olur.Onların bütün pulu və əmlakı əlindən alınmalıdır,təhqir olunmalıdırlar.Oğurlular,talançılar və quldurların hamısı cəzalanmalıdır.

Ə.Əliyev kəlamı 2021-02-21 12:16:30

Ə.Elçibəy ÖZ partiya silahdaşı DİN NAZİRİni vəzifədən azad etməklə onun ətrafındakı korrupsiya şəbəkəsini dağıtmağa çalışırdı! torunu

Son yazılar