Menu

İCRA BAŞÇISI 200 NƏFƏRİN KARTINI MƏNİMSƏYİB? - "Tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar" + VİDEO

21.02.2021, 21:57
İCRA BAŞÇISI 200 NƏFƏRİN KARTINI MƏNİMSƏYİB? - "Tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar" + VİDEO

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb. Bakupost.az xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir: “Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra - mayın 8-10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.

Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:


Şərhlər

Şahin 2021-02-24 22:58:08

Nə oldu,hansı icra başçısını yoxlayırlarsa ondan 200-300 kart çıxır.Deməli bu yuxarının texnologiyasıdır.

Yavuz 2021-02-22 12:14:28

Bunun üzündən bilinirki,nə yuvanın quşudur.Cənab prezident tedbir görer yeqin

ejder 2021-02-22 08:42:29

korrupsiys,oqurluq ....buna orden verif,yuksek vezifeye teyin edecekler,yaxwi oqruladiqana gore

Sahib 2021-02-22 05:51:30

Zərdabi başçısı Mərdan Camalov oğurluqda bundan o qədər də geri qalmır. Cəmi 5-6 ay Prezidentin dediyi kimi işləməyə gücü çatdı, sonra əvvəlki başçıdan da beter islədi.Yəni əvvəlki bir alirdisa Mərdan Camalov 2-3 qatını alir.Hec kimi qəbul etmir, özünü xəstəliyə vurub.Pulu Hacı Səməd deyilən köməkçi yogir.DTX gözünün qırağı ilə Mərdan baxsa yaxşı olar dövlətimizə də YASAT fonduna da.

Zamiq 2021-02-22 00:31:23

Vahid texnologiyadir.Butun icra bascilari eyni,yuxaridan tapsirilan qaydada soyur.Cunki verdiklerini bu yollarla waytarirlar.Kimdir gunahkar?

Vətəndaş 2021-02-22 00:00:45

Rüşvəti korrupsiyanı ləğv etmək mümkün deyil. Haram bunların iliyinə qanına işləyib. Bunu ləğv etmək üçün kimsə hansısa nazir dəyişməyin xeyri yoxdur. Bu talançı rüşvətxor sistem dəyişməlidir

t.ədalət 2021-02-21 23:06:44

YAP bu kadrları hardan tapır?Bu fısqırıq kadrlar,sanki YAP-ın sifarişi ilə yetişdirilir.Bu kadrların çıxmadığı oyunlar qalmayıb.Sifətləri belə asnti-insani formadadır.

Xalq 2021-02-21 22:34:49

xeyri yoxdur, kimi qoysalar oğurlayacaq.

Əliəddin 2021-02-21 22:31:02

İrin-qan olub burnundan fitil-fitil tökülsün. Belə insanları tapıb bu vəzifələrdə yerləşdirmək əslində böyük istedad tələb edir. Bu baxımdan istedadlı millətik.

Veteran 2021-02-21 22:11:16

.......oxşayır.Köpünü alacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol