Menu

Gəncədə son 3 ayda eyni mənzildə dördüncü yanğın hadisəsi baş verib

22.02.2021, 00:49
Gəncədə son 3 ayda eyni mənzildə dördüncü yanğın hadisəsi baş verib

Gəncə şəhərində yaşayış evində son 3 ay ərzində 4-cü yanğın hadisəsi qeydə alınıb."Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Atatürk prospekti 237, bina 2 A, mənzil 19-da baş verib.

Yanğın zaman evdə kimsə olmadığından xəsarət alan olmayıb. Əraziyə FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol