Menu

İsa Qəmbər peyvənd olundu - FOTO

22.02.2021, 13:31
İsa Qəmbər peyvənd olundu - FOTO

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər koronavirusa qarşı peyvənd olunub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəki hesabında foto və video paylaşıb. 

İ. Qəmbər vətəndaşları peyvənd olmağa səsləyib: "Birinci doza peyvəndləndim. Özünüzü, millətimizi, bəşəriyyəti koronavirus bəlasından xilas etmək üçün peyvəndlənin!"

Qeyd edək İsa Qəmbər 1957-ci ili fevral ayının 22-də anadan olub. Bu gün onun 64 yaşı tamam olur.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol