Menu

Azərbaycanda ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb

22.02.2021, 13:58
Azərbaycanda ödənişli avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb

Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsi gələn ilin mayınadək istifadəyə veriləcək.

"APA-Economics"in məlumatına görə bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, yolun bir hissəsi tam hazırdır və burada xüsusi qurğular da quraşdırılıb. Tariflərlə də bağlı artıq müraciət edilib.

Şamaxı-Quba yolunun tikintisi məsələsinə toxunan S. Məmmədov qeyd edib ki, bu istiqamət üzrə yolun tikintisi hələ nəzərdə tutulmayıb.

Şərhlər

t.ədalət 2021-02-22 15:34:31

Evlərdəki ayaqyoluları da ödənişli etsək yaxşı gəlir verər.Elə bir dəlmə-deşik qalmayıb ki,hakimiyyət oranı gəlir yerinə çevirməsin.Hakimiyyətdəki kadrlareın bacarıqsızxlığını və səriştəsizliyini,daha doğrusu çobanlığını göstərən əsas amil budur.Məsələn maliyyə nazirliyi artıq bir sahədir.Onsuz da talançılara nəzarət edə bilmir.Bu nazirliyi,eyni zamanda,gömrük komitəsini iqtisadiyyat nazirliyində bir şöbəyə çevirmək olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol