Yalçın Rzazadə ilə vida mərasimi keçirilir

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərhumun yaşadığı evin önündə keçirilən vida mərasimində ailə üzvləri və tanınmış mədəniyyət xadimləri iştirak edir.

Xalq artistinin cənazəsi dəfn üçün Lənkəran rayonuna aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.

635x100

Şərhlər

Roma 2021-02-23 13:17:20

Allah rəhmət eləsin...Köhnə sənətkarlardan qalan, özünəməxsus ifası, yumşaq şirin səsə malik və xalq tərəfindən sevilən müğənni idi...

Son yazılar