Menu

"“Əmək pensiyaları haqqında” Qanuna ciddi dəyişikliklər edilməlidir” - Deputat

23.02.2021, 16:19
"“Əmək pensiyaları haqqında” Qanuna ciddi dəyişikliklər edilməlidir” - Deputat

2018-ci ildə "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik ediləndən sonra 25 illik sığorta stajı və ya 16 min 743 manat pensiya kapitalı olan şəxslər əmək pensiyası almaq hüququ qazanırdı. Lakin son illər ərzində tələb olunan minimum pensiya kapitalın məbləği artıb. 

Hazırda həmin məbləğ 28 min manat təşkil edir. Bəzi ekspertlərin fikrincə, belə olan halda əhalinin bir hissəsi, o cümlədən müqaviləsiz işləyənlər əmək pensiyasından məhrum olacaqlar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, gələcəkdə çox sayda insanların əmək pensiyası ala bilməyəcəyi haqqında iddialar, sadəcə, ayrı-ayrı fikirlərdir. 

O qeyd edib ki, pensiyalar məsələsi hazırda müzakirə olunur: "Koronavirus pandemiyası vaxtında nə qədər qeyri-rəsmi işçilərin sayı ortaya çıxdı. Bu, bütün dünyada, eləcə də Azərbaycanda baş verdi. Koronavirus pandemiyası iqtisadi çətinliklər, məşğulluqla bağlı problem, işsizlik kimi fəsadlar yaratdı. Ona görə dövlətlər bir tərəfdən vətəndaşların sağlıq məsələsi ilə bağlı, digər tərəfdən, yoxsulluğun qarşısının alınması, əmək, məşğulluq və digər sahələrin dəstəkləməsi üçün tədbirlər planını həyata keçirdilər. Bizim ölkəmiz də bu sahələrdə çox ciddi, operativ tədbirlər görürdü. Xeyli qeyri-rəsmi işləyən insanlara yardım verildi".

Deputat hesab edir ki, "Əmək pensiyaları haqqında" Qanunda dəyişikliklər olmalıdır: "Əminəm ki, bizim dövlətimiz heç bir vətəndaşın pensiya təminatından kənarda qalmasına icazə verməz. Amma Əmək Məcəlləsinin və "Əmək pensiyaları haqqında" Qanunun müvafiq maddələri ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var. Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin müzakirələri olacaq. Bu məsələlərlə bağlı hər hansı ciddi təkliflər gələrsə, əlbəttə ki, biz onları nəzərə almağa hazırıq".

“AzPolitika.info”

Şərhlər

Roma 2021-02-23 17:03:50

Pensiyaların minimal və maksimal məbləğləri arasındakı nisbət, fərq 1-in 2-yə, ən uzağı 1-in 3-ə olmalıdır. Əgər minimal pensiya məbləği 250 manatdırsa maksimal məbləğ əsasən 500, xüsusi hallarda 750 manatdan artıq olmamalıdır...

Roma 2021-02-23 16:38:28

Pensiyaların minimal və maksimal məbləğləri arasındakı nisbət, fərq 1-in 2-yə, ən uzağı 1-in 3-ə olmalıdır. Əgər minimal pensiya məbləği 250 manatdırsa maksimal məbləğ əsasən 500, xüsusi hallarda 750 manatdan artıq olmamalıdır...

Qalib 2021-02-23 16:28:36

Səlim Müslümovun dövründə də Məlahət xanım bu məsələlərlə məşğul idi. Pensiya yaşının 65-ə çatdırılmasında onun da rolu var. Əgər Səlimdüzgün adam deyilsə, onun ( eyni zamanda o qanuna qol qoyanların) qəbul etdiyi bu yaş müddəti niyə ləğv edilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol