Rəsmi Tbilisi ABŞ, Aİ və NATO-nun bəyanatlarına cavab verib

“Beynəlxalq tərəfdaşlar tezliklə əmin olacaqlar ki, biz qanunları tətbiq edərək dövlətin şərəfini qoruyuruq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu ABŞ, Avropa İttifaqı (Aİ) və NATO-nun Tbilisidə siyasi gərginliklə əlaqədar bəyanatlarına cavab olaraq hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, siyasətin cinayətkarlıqdan təmizlənməsi ölkədə siyasi qütbləşmənin azaldılmasına xidmət edəcək: “Bu gün biz Nika Melianın həbsi ilə əlaqədar beynəlxalq tərəfdaşlarımız tərəfindən səsləndirilən bəyanatlar eşitdik. Bizim üçün başadüşüləndir ki, beynəlxalq tərəfdaşlarımız Gürcüstanda siyasi proseslərin daha çox qütbləşəcəyindən və nəticədə siyasi sistemin Qərb standartlarından uzaqlaşdıracağından narahatdırlar. Amma bizim beynəlxalq tərəfdaşlarımız tezliklə əmin olacaqlar ki, bu qütbləşmənin azaldılması məhz dövlətin sarsılmaz müdafiəsi, qanunların tətbiqi və qayda-qanun prinsipləridir. Avro-Atlantik ailədə də keçərli sadə prinsip budur ki, siyasətçi cinayət törətdiyi, misal üçün konstitusion orqanların binalarına hücum etdiyi, bank və ya telekanalın müflis olmasına səbəb olduqda, büdcədən on milyonlar oğurladıqda siyasətlə bir işi qalmır”.

635x100

Şərhlər

ELSAD 2021-02-23 20:57:17

Maraqlidir.Beynelxalq qurumlarin Gurcustandaki veziyyetle baqli fikirlerine niye hakim partiyanin rehberi cavab verir?Hokumetin resmi sozculeri yoxmudur yoxsa Gurcustanda tekpartiyali sistemdi biz bilmirik?

ELSAD 2021-02-23 20:51:09

Maraqlidir.Beynelxalq icti

ELSAD 2021-02-23 20:49:08

M.Saakawvilinin indiki Gurcustan hakimiyyeti haqda soyledikleri yavaw-yavaw yerini tutmaga bawlayir deyesen...

Son yazılar