“Apple” smartfon bazarında yenə birincidir

2020-ci ilin dördüncü rübündə dünya bazarında smartfon satışlarına görə “Apple” 2016-cı ildən bu yana ilk dəfə birinci yerə çıxıb.

“Report” xəbər verir ki, “Gartner” araşdırma mərkəzi tərəfindən açıqlanan statistik rəqəmlərə görə, hesabat dövründə “Apple” 80 milyona yaxın smartfon sataraq dünya bazarındakı payını 20,8 %-ə çatdırıb. Ekspertlərin fikrincə, bu nailiyyət daha çox 5G rabitəsini dəstəkləyən “iPhone 12” və “iPhone 12 mini” smartfonları sayəsində qazanılıb.

İkinci yerdəki “Samsung” 62,11 milyon smartfon sataraq bazarın 16,2 %-nə, üçüncü yerdəki “Xiaomi” də 43,43 milyon satışla bazarın 11,3 %-nə nəzarət edib. Sonrakı yerləri tutan müvafiq olaraq “OPPO” və “Huawei” ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar üzündən satışlarda böyük itkilərlə üzləşib.

Bütövlükdə ötən ilin dördüncü rübündə dünyada smartfon satışları 5,4 %, ilin əvvəlindən 12,5 % azalıb. Bu da koronavirus pandemiyası üzündən tədarük zəncirlərindəki fasilələrlə əlaqələndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar