Türkiyə millisinin oyununun yeri dəyişdirildi

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Norveç - Türkiyə matçının yeri dəyişdirilib. "Report" Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyanın Malaqa şəhərində oynanılacaq.

Bu qərar koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinə görə qəbul olunub.

Qeyd edək ki, görüş martın 27-də olacaq. Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar