Menu

Azərbaycanda 220 yeni yoluxma faktı qeydə alınıb

24.02.2021, 14:49
Azərbaycanda 220 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 644nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157nəfər müalicə olunaraq sağalıb, 3 206nəfər vəfat edib. Hazırda 2 281aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016test icra olunub.

Şərhlər

t.ədalət 2021-02-24 20:21:27

Sabah,ola bilsin ki,420 olsun.Əhalinin əlini-qolunu bağlayıb evdə həbs etməyin vaxtı çatıb.Rejimin sərtləşməsi,həm də dövlətin problemlərini ört-basdır etməyin ən uyğun yoludur.

Xalq 2021-02-24 16:35:07

Metro mütləq açılmalıdır! Avtobuslarda basabas olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol