Bərdə rayonunda təhsil müəssisəsinin direktoru həbs edilib
Trend xəbər verir ki, hüquq - mühafizə orqanları əməkdaşları 105 saylı Bərdə Texniki Peşə Liseyində əməliyyat keçirib.
Əməliyyat zamanı liseyin direktoru Şamil Şükürov korrupsiya faktı ilə bağlı saxlanılıb. Əməliyyat zamanı liseyin mühasibinin də saxlanıldığı bildirilir.
***
Baş Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbs edilməsi ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən bildirilib ki, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri kimi, Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranmışdır.
25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilmiş, həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülmüşdür.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər
Bakı şəhəri Nizami rayonu 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Qəti Lalə Abbasəli qızı bir neçə il bundan əvvəl müəllilərin plastik maaş kartlarını özündə saxlayırdı, maaşları təsərrüfat müdiri işləyən qardaşı arvadı kartdan çıxardır, istədikləri məbləği götürəndən sonra isə nəğd şəkildə işçilərə verirdi. Sonradan isə kartları əməkdaşlara verməli oldu bu şərtlə ki, yay tətili başlayanda açılmamış içində kartlar olan zərflər, məzuniyyət pullarını çıxartmadan Lalə xanıma qaytarılırdı. Məzuniyyət pulunu direktor mənimsədikdən sonra oktyabr ayında cırılmış zərfdə yarım a6yın da maaşı mənimsənilmiş boş kartlar əməkdaşlara qaytarılırdı. Daha necə korrupsiya halları olurdu bu mərkəzdə. Məs. Dövlət hesabına uşaqlar üçün tikilən konsert kostyumları valideynlərə pulla satılırdı, baxmayaraq ki kostyumlar mərkəzdə saxlanılırdı. Sonradan həmin kostyumlar pulla kirayəyə verilirdi. Ondan edilən şikayətləri respublika prokurorluğunda işləyən himayədarı ört basdır edirdi. Korrupsiya içində olan bu xanımın haqqında başlayan cinayət işi bir neçə il bundan əvvəl internetdə əks olunmuşdu. Sonradan isə cinayət işinə mərkəzin gənc mühasibini işində səhlənkarlığa görə işdən çıxarılması ilə xitam verildi?! Korrupsioner, dövlətin milyonlarını illərlə mənimsəyən Lalə Qəti sudan quru çıxarıldı. Özünün dediyinə 3 evindən 2-sini, bağ evini, daş-qaşını satıb özünü “qurtardı”. Sonradan bu “xidmətlərinə” görə əməkdar müəllim fəxri adı da aldı. Hələ Tərəqqi medalı ilə də təltif edildi. Materiallar da internetden götürüldü. Yaxşı olardı ki, raspublika prokurorluğu bu işi yenidən araşdırardı. Çünki lalə xanım korrupsiya əməllərini başqa formada yenə də davam etdirir.
Milyardları göyə sovrulan Şəki kənarda qalıb......???
Öncə litseydirektorunun hansı məbləğdə rüşvətverib direktor təyin edilməsinə diqqt edin.Verdiyini bu adam çıxarmalıdırmı? Bəs hansı yolla?Rüq
Milyardları atanları həbs edə bilmirlər. Nə sirrdirsə onlara bata bilmirlər. Hərdə belə mikro rüşvət olan kimi həbs edirlər. Milyardları atanların yəqin şərikləri imkan vermirlər onları həbs etməyə. Onları həbs etsələr bu dəhşətli talan-qarətin tam mahiyyəti açıqlanar. Ona görə də milyardları millətə atanlara toxunmurlar. Deməli millətə xalqa nə qədə çox atsan o qədər təhlükəsizlik qarantın olacaq. BƏRƏKALLAH