Menu

Əhali gəlirlərinin 70 faizini istehlaka xərcləyir

16.10.2014, 09:09
Əhali gəlirlərinin 70 faizini istehlaka xərcləyir

2014-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 27,2 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 4,0 faiz artmışdır.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

“Əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz yüksəlmişdir”,-məlumatda qeyd olunur.

Bu dövr ərzində gəlirlərin 70,1 faizi son istehlak xərclərinə, 11,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18,1 faizi isə yığıma yönəldilmişdir.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,9 faiz çox vəsait qalmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol