Menu

26 məhkəmə iddiasının qiyməti 1-100 milyon manat arasında olub - STATİSTİKA

26.02.2021, 18:07
26 məhkəmə iddiasının qiyməti 1-100 milyon manat arasında olub - STATİSTİKA

2020-ci ildə Ali Məhkəmənin Kommersiya Kollegiyasına daxil olan işlərin iddia qiymətləri açıqlanıb. Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

137 işin iddia qiyməti 10 min manat ilə 100 min manat arasında, 71 işin iddia qiyməti 100 min manat ilə 1 milyon manat arasında, 26 işin iddia qiyməti 1 milyon manat ilə 100 milyon manat arasında olub.

29 iş üzrə iddianın qiyməti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112-ci maddəsinə əsasən müəyyən edilərək, həmin Məcəllənin 404-1-ci maddəsi ilə kassasiya qaydasında baxılması mümkün hesab edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol