Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.
Bu barədə "Report"un Qərb mərkəzinə DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”-deyə, DİN rəsmisi bildirib.
Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığınla bağlı polisə şikayət ərizəsi təqdim edib.


Şərhlər
Atı asan şərəfsizlər Allah sizin bəlanızı versin
İtin, pişiyin ağacdan asılmasını eşitmişdim. Atın asılmasını birinci dəfə eşidirəm. Fil olsa idi, onun da asılmasına təəccüblənmərəm. Bərəkallah Gədəbəylilərə
Kiminsə atının quyruğunu kəsmək,yaxud da dilsiz heyvanı ağacdan asıb öldürmək əxlaqsızlığın nişanəsidir .Belə hərəkətlər normal ailədə tərbiyə almayanların vərdişidir..