Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya yönəlik sanksiyaları o vaxta qədər qüvvədə saxlayacaq ki, Moskva kursunu dəyişəcək və Krım yarımadasını Ukraynaya qaytaracaq.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Xəbəri Dövlət Departamentinin mətbuat xidməti yayıb.
Blinken əlavə edib ki, Vaşinqton heç vaxt Rusiyanın Krım üzərində suverenliyini tanımayacaq. Krımın Rusiya tərəfindən ilhaq edilməsi beynəlxaq təhlükəsizliyi və formalaşmış dünya düzənini təhdid edir.
O, Rusiyanı ədalətsiz olaraq, saxladığı bütün ukraynalı siyasi dustaqları təcili surətdə azad etməyə və yarımada üzərində Ukraynanın nəzarətini qaytarmağa çağırıb.
Blinken həm də Ukraynanın şərqindəki təcavüzü dayandırmağı Rusiyadan tələb edib.
AzPolitika.info


Şərhlər
İnşallah,Krım məsələsi Rusiyanıln məğlubiyyəti ilə bitəcək.Onsuz da Krımın içməli su təminatı problemlə üzləşmək ərəfəsindədir.İnanmaq çətindir ki,Ukrayna hökuməti krımlılara dneprdən su çəkilməsinə icazə versin.Rusiyanın beynəlxalq nüfuzu Krımdakı mövqeyini itirməsi ilə başlayacaq.İqtisadi böhran Putinin MDB məkanındakı dövlət başçılarından qorxudub aldığı maliyyə imkanlarını da buxovlayacaq