Menu

BMT-dən Putinə tərif yağışı

16.10.2014, 09:50
BMT-dən Putinə tərif yağışı

BMT Putinin Ukrayna ilə sərhəddə rus ordusununçəkilməsi qərarını alqışladı

Birləşmiş Millətlər təşkilatı Rusiya prezidenti Vladimir Putinin Ukrayna sərhədindən ordunun daimi dislokasiya nöqtəsinə çəkməyini Donbas münaqişəsində irəliyə addım kimi qiymətləndirib.

ANS PRESS-in məlumatlna görə, bu barədə BMT-nin mətbuat katibi Fərhan Kan bildirib. “Biz regionda gərginliyi azaldan bütün addımları alqışlayırıq”- deyə BMT nümayəndəsi deyib.

Xatırladaq ki, 11 oktyabrda Rusiya prezidenti Vladimir Putin ordunu Ukrayna sərhəddindən Rostov bölgəsi olan daimi dislokasiya yerlərinə keçirilməsi əmrini verib. Rostov bölgəsində isə 17,6 min hərbi qulluqçu var idi.

Verilən əmrə baxmayaraq NATO-nun Avropada birləşmiş qüvvələrinə rəhbərlik edən Filip Bridlav alyansın rusiya ordusunun Ukrayna ilə sərhəddən uzaqlaşdırılmasını qeydə almadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol