Menu

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır - Pozuntular aşkarlanıb

01.03.2021, 09:54
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır - Pozuntular aşkarlanıb

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını “Report”a təsdiqləyib:

“Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Şərhlər

Veteran 2021-03-01 23:43:18

Görəsən Azərbaycanda vəzifə səlahiyyətliləri arasında salamat adam varmı?Bu "deputat"deyilən adam da xarab çıxdı. Köpünü alacaqlar.

Sabah 2021-03-01 15:40:12

Şura Vüqar Sərlinin vaxtındakı KİVDDF-dən də bərbad gündədir. İcraçı direktor Fərasət Qurbanovun şəxsi ofisinə çevrilib. 30-40 faiz otkatla layihələr satılır. Elə qht sədri var ki, nə qht-sinin adını, nə də müsabiqədə "qalib" olmuş layihəsinin adını bilmir. Ancaq ona ghər il yüksək məbləğdə layihələr verilir. Təbii ki...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol