Menu

ARDNF valyuta hərraclarındakı satışını 28% artırıb

01.03.2021, 17:06
ARDNF valyuta hərraclarındakı satışını 28% artırıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu (ARDNF) 1 082,2 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur.

Təkcə fevral ayında isə ARDNF-in valyuta satışının məbləği 437,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin fevral ayına nisbətən 19,5% azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol