YAP ŞOK QƏRARLA QƏFİL QURULTAYA GEDİR! - Hakim partiyanın faktiki idarəçiliyinə kim gətirilir?

Hakim Yeni Azərbaycan Partiyası sensasiyalı qəfil qərarla qurultaya gedir. Qurultay 2 gündən sonra - martın 5-də baş tutacaq.

Qəribədir ki, hakim partiyanın 2 gün sonra keçiriləcək qurultayı haqda nəinki ictimaiyyət, siyasi çevrələr, media xəbərsiz olub, hətta bir çox tanınmış YAP-çılar belə məlumatsızdır. Lakin YAP-dakı mötəbər mənbələr martın 5-də qurultay keçiriləcəyini təsdiq edirlər.

"Musavat.com" yazır ki, qurultay islahat xarakterlidir və çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə isə gənc kadrlar seçiləcək. Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən 2-si olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti).

Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov - baş nazirin sabiq müavini, Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev - Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov - (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.

YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.

YAP-ın qurultayı ilə bağlı ən maraqlı gözlənti isə partiyanın faktiki rəhbəri - icra katibi Əli Əhmədovun vəzifəsində qalıb-qalmayacağıdır. Çox böyük ehtimalla, martın 5-dən sonra YAP-da yeni icra katibi olacaq.

Bəs Əli Əhmədovu kim əvəz edə bilər? 

"AzPolitika"

635x100

Şərhlər

Sabir Qazaxlı 2021-03-03 00:11:53

Əli Əhmədov, sadəcə partiya rəhbərliyini tərk etməklə, canını qurtara bilməz. O, Ramiz Mehdiyevin nisbıtəın kiçik amma da qəddar və daha da..... zalım formasıdır. Əli Əhmədovla bərabər onun qohum-qardaşı-əqrabası da məsuliyyətə cəlb edilməlidirlər.

Oxucu 2021-03-02 22:00:55

Rasim və Bəhruz Quliyev qardaşları da vəzifəyə gətiriləcəklər. Bəhruz, Prezident seçkilərində ATƏT-in nümayəndəsini zaldan qovmaq istəyib, Rasim isə Aparat rəhbəri olanda məhkəmələrdə onun-bunun üzünə durub, Nəsrrulla Bayramovun 200 min dollarını yeyib.

Cəmşid Dərələyəzli 2021-03-02 14:47:56

Bəzi YAP funksionerləri bu xəbərdən təşvişə düşüb, bunun Nizamnamə ilə qısa vaxtda mümkün olmadığını və hətda onların bundan xəbərləri olmamasını əndişə ilə dilə gətirirlər. Amma anlamırlar ki, onların dedikləri forsmajor olmayan dövrlərə hesablanıb. İndiki Pandemiyya və müharibə vəziyyətində Ölkə Başçısının, yəni Partiyanın sədri cənab İlham Əliyevin tam haqqıdır ki, bunu mövcud şərtlərıə keçirsin. Çünki, YAP nin indiki icra aparatı və xüsusən də Əli Əhmədov başda olmaqla orada olan digər uzun ömürlü “məhşurlarla” ölkədə köklü islahatları aparmaq mümkün olmur. Bu baxımdan da ilk növbədə Partiyanın icra aparatına əl gəzdirilməli, sonra ən yaxın zamanda, heç olmazsa bu ilin sonuna yaxın indik yarıtmaz Parlament buraxılmalı, konistitutsiyada dəyişiliklər edib, yeni seçgilərə və refenduma gedib, sitem dəyişiklinə nail olmaq lazımdır. O sistem ki, Ölkə Başçısı özü belə indiki sitemin artıq köhnəldiyini bir zad özü belə dilə gətirmişdir. Bu isə onun yenilənməsinin işarəsi idi. Bu dövrün yox, deyərdik ki, artıq günün tələbidir.

Famil 2021-03-02 14:34:55

Qacaların.özlərini ifşa etmişlərin yerinəonların evladları,yaxınları gətiriləcək.orma dəyişə bilər.ancaq məzmun (talan.korrupsiya.rüşvət,büdcə yeyintisi) qalacaq....

Bitərəf 2021-03-02 14:08:25

Əli Əhmədov xislətdə olan adamın ümumiyyətlə heç Nazirlər Kabinetində də teri olmamalıdır. QAldə qurultayın məqsədinə,çox ehtimalla YAP-ın bağlanması daha məqsdəuyğundurşÇünki YAP işini bitirmişyəni talançılıq və soyğunu moda etdiyindən və bunun bütün dünyada faş etdiyindən onun qalması ölkəyə xəcalət gətirir.ykdfəeıay

Xalq 2021-03-02 13:43:49

məncə YAP-ı keçmiş SSRİ-də fəaliyyət göstərən kommunist partiyasının aqibəti gözləyir!

Memati 2021-03-02 13:21:31

YAP 2008-ci ilden mùxalifet severler hesabina dolub hansiki esl yapçilari kùnce sixib lal vezifesiz ederek orada yuva qurublar

YAP 2021-03-02 11:09:24

Şəki İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov 23-ildir birinci müavin postunu tutur, həmçinin 23-ildir YAP təşkilatının sədridir, yalnız özü üçün və qohum-qardaşları üçün iş görür.... YAP belələri nüfuzdan salıb..Atalar yaxşı deyib: Su bir yerdə qalanda ufunət olur...Özlərinə layiq olmayan adamlar vəzifə sahibi olanda, vətəndaşın dövlətə olan inamına böyük zərbə vurur və sosial narazılıqları artırır... YAP köklü surətdə islahatlar aparılmalıdır....

Vətəndaş 2021-03-02 10:20:04

YAP özü özünü bağlasa mu millət üçün gec də olsa çox böyük iş görmüş olar. 1 trilyon pul yox olub. Hamısını YAP-çı talançılar atıblar millətə. İqtisadiyyat da nefdən başqa heç nə yoxdur. 1 milyarda heç kimə lazım olmayan stadiyonlar və başqa pul silmək üçün xarabalar tikilib başqa heç nə yoxdur,millət də pis gündədir. Fəsadları bir azdan çıxacaq.

Mahir 2021-03-02 10:02:55

Cavanlaşma adı ilə indi YAP da "gəncləsdirilmis" nazirliklərə dolduracaq və beləliklə YAP in fatihəsini oxuyacaqlar.

Son yazılar