"Mənə qarşı söyüş kampaniyasının başında Fərəc Quliyevin oğlu dayanır" - Deputatdan sensasiyalı açıqlama

"Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran şəxs seçkilərdə alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quliyevdir".

"AzPolitika.info" xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev "Facebook"-dakı hesabında yazıb.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdəki müxtəlif səhifələr deputatın hərbçilərin maaşlarının kəsilməsinə bəraət qazandırmasını əks etdirən sitatlar paylaşır. E.Əliyev bildirib ki, bu cür paylaşımlar ona qarşı həyata keçirilən "qara piar" kampaniyasının tərkib hissəsidir.

E.Əliyev yazıb ki, Mətin Quliyev analoji kampaniyanı hələ növbədənkənar parlament seçkiləri zamanı da aparıb: "Əlimdə kifayət qədər sübutlar var. Hüquq-mühafizə orqanlarına müraciət hazırlayıram. Həmin şəxs mənim adımdan "Facebook"-da paylaşılan, mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüşləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalmışıq. Bununla Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib".

Millət vəkili həmçinin qeyd edib ki, "Facebook"-da onun ünvanına olmazın söyüşlərin yazılmasını təşkil edən "Əbulfəz Babasoy" profili Fərəc Quliyevin oğlu tərəfindən idarə olunur.

"AzPolitika.info"

635x100

Şərhlər

BAHRAM BASGALLI 2021-03-06 22:38:06

DİNDİREN ESRİMİZE DİNMELİYİZ TEK GELEN SEBRE DE DİKSİNMEYİRİZ ECNEBİ MARSA RAKETLERLE UÇUR KAÇIMIZ EYRİPLAN MİNMEMİŞİZ ÖLKENİ TALAN EDİR DDEMDEKİLER BİZİ GÖMDÜ YERE MM DEKİLER!

Roma 2021-03-02 15:52:22

Etibar bəy özünü Fərəcin şərindən qoru, çox təhlükəli adamdır...

zahid 2021-03-02 14:58:47

Etibar Əliyev dəyərli ziyalımız və millət vəkilimizdir. ona qarşı aparılan bu kampaniyanı şiddtlə qınayıram

Mehman 2021-03-02 14:11:10

O şotkabığdan nə desən çıxar

Roma 2021-03-02 13:25:55

Nə qədər pis dam olasan ki, belə işlərnən məşğul olasan...

Son yazılar