Menu

ƏLİ HƏSƏNOV İFLİC OLUB? – Keçmiş şöbə müdirinin səhhətində ciddi problemlərin yarandığı bildirilir

04.03.2021, 11:19
ƏLİ HƏSƏNOV İFLİC OLUB? – Keçmiş şöbə müdirinin səhhətində ciddi problemlərin yarandığı bildirilir

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb. “Demokrat. az” saytı mötəbər mənbələrə istinadən yazıb ki, o, ağır stressdən dolayı iflic olub. Nəticədə Ə.Həsənovun üz əzələləri deformasiya olduğu bildirlir...

İddia olunur ki, Yeni Azərbaycan Partiyasının martın 5-də keçiriləcəyi gözlənilən növbədənkənar qurultayında partiyanın İdarə Heyətindən kənarlaşdırılacağı barədə məlumat aldıqdan sonra keçmiş şöbə müdirinin səhhəti pisləşib.

O, bu barədə informasiyanın yayılmaması üçün həkimə müraciət etməyib, ev şəraitində türkəçara üsulla müalicə olunmağa çalışır.

Qeyd edək ki, Azərbaycanda üz sinirlərinin iflici geniş yayılıb. Həkimlər bildirirlər ki, müxtəlif səbəblərdən –travma, şiş, iltihab və s. üz sinirinin iflici baş verə bilər. 

Üz sinirinin iflici ilə yanaşı çox zaman şəkərli diabet, hipertoniya da aşkar olunur.

“AzPolitika.info”

Şərhlər

Vətəndaş 2021-03-04 19:52:11

iNANMIRAM. hARAM PULDAN O QƏDƏR YIĞIB Kİ ONA HEÇ NƏ OLAN DEYİL. İZ AZDIRIRLAR

pensioner 2021-03-04 17:20:09

Kreslo bunun boyu-buxunu üçün deyil. Bunun vücuduna sadə çayxana stulu yaraşır.

Veteran 2021-03-04 15:18:07

Bu keçmışdə Sərurda naxırçılıqla məşğul olan nakəs xəstə-zad deyil bahanədir.Həbsdə onu və yaxınlarını çürütmək çürütmək lazımdır...

Roma 2021-03-04 14:49:13

İnsanın işi-əməli ilə danışığı düz gəlməyəndə onun sir-sifətinin əyilməyi təbiidir, Allah şəfasını versin, ancaq çırpışdırdıqlarını Xalqa, Dövlətə qaytarsın...

Süyid Ənhu 2021-03-04 14:09:52

Yalansa gerçək olsun. Yastığından daş asılsın. Nə qala, nə ölə bilsin.Bütün xəstələrin ağrı-acısı onun üzərinə tökülsün.Ona görə ki, məhz o bizim millətimizi arasında təfriqə yaratdı. Məhz o.

Fəzail 2021-03-04 14:05:20

Bunlar hamısı nömrədir.Onun əvvəlcə əmlarlarına (ölkə daxili və xaricdə) həbs qoyulmalı,ətrafı təmizlənməli.Özü isə istintaq müəssisəsində (əgər lazım gələrsə) müaliə oluna bilər.Cinayətkara qarçşı barışmaz olmalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol