Menu

“SOCAR CAPE” maaşa görə məhkəməyə verildi

16.10.2014, 11:56
“SOCAR CAPE” maaşa görə məhkəməyə verildi

Azərbaycanda fəaliyyət göstərən “SOCAR CAPE” xarici neft şirkəti məhkəməyə verilib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyev dedi ki, son günlər şirkətdən şikayətlər artıb: “Şirkətdə çalışan yerli fəhlələr iş saatından artıq işlədilir, lakin əlavə iş günlərinin əməkhaqları ödənilmir. Buna görə də şirkətə qarşı əməkhaqlarının ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırılıb”.

Vəkil qeyd etdi ki, şirkətdə əcnəbi işçilərlə yerli işçilərin əməkhaqlarında, iş saatlarında fərq qoyulur. Lakin əvvəlki illərdən fərqli olaraq fəhlələr mətbuata və ya hüquq müdafiə təşkilatlarına müraciiət etməkdən qorxurlar: “Məlumat və ya şikayət edənlər işdən çıxarılacaqlarından qorxurlar. Çünki ötən il mətbuatda verilən məlumatlardan sonra şirkətdə qeyri-leqal əcnəbi işçilərin çalışdırıldığı aşkarlanmışdı”.

Qeyd edək ki, “SOCAR CAPE” şirkəti azərbaycanlı işçiləri ingilis dilini bilmədiyi üçün aşağılayıb işdən çıxarırdı. Bundan sonra aparılan yoxlamalarda “SOCAR CAPE”də çalışan 62 xaricidən yalnız 2-nin işçi kimi ölkədə çalışmaq icazəsi olduğu aşkarlanmışdı. Buna görə də şirkət baş verənlərin mətbuata çıxarılmaması üçün bütün vasitələrdən istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol