Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatıb.  Prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Partiyada YAP-ın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə çatdırılıb. Habelə Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb, partiyanın yeni nizamnaməsi qəbul olunub.

Qurultay partiyanın Siyasi Şurasının ləğv edilməsi haqda da qərar çıxarıb. Əvəzində Veteranlar Şurası yaradıb. Bu şuranın sədri keçmiş deputat Arif Rəhimzadə seçilib.

İclasda İdarə heyətinin sədr müavini Əli Əhmədov seçilib.

İclasda partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb. Təftiş Komissiyasına isə sədr seçilməyib.

Növbəti iclasda Təftiş Komissiyasına da sədr seçiləcək.

Məlumatlara görə, bu şəxslər İdarə Heyətindən uzaqlaşdırılıb:

1. Hacıbala Abutalıbov - Baş nazirin sabiq müavini, təqaüdçü;

2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini

3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru

4. Akif Əlizadə - AMEA-nın sabiq prezidenti, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr

5. Əli Həsənov - Prezidentin keçmiş köməkçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri

6. Əli Həsənov - Baş nazirin sabiq müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini

7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri

8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdir

9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

10. Abel Məhərrəmov – BDU-nun sabiq rektoru, akademik

11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

YAP-ın İdarə Heyətinin yeni üzvləri aşağıdakı şəxslərdir:

1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti

2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezident

3. Tahir Mirkişili; 4. Cavid Osmanov;  5. Sadiq Qurbanov;

6. Hikmət Babaoğlu; 7. Elşad Mirbəşiroğlu; 8. Azər Badamov;

9. Şahin İsmayılov; 10. Ramin Məmmədov; 11. Kamal Cəfərov;

12. Əli Əhmədov; 13. Mübariz Qurbanlı; 14. Eldar İbrahimov;

15. Bahar Muradova; 16. Mixail Zabelin; 17. Vasif Talıbov;

18. Amin İsmayılov; 19. Anar İsgəndərov; 20. Rauf Əliyev;

21. Eldar Əzizov; 22. Musa Quliyev; 23. Ədalət Muradov;

24. Elnur Sadıqov; 25. Tofiq Cahangirov; 26. Tahir Budaqov"

27. Aynur Sofiyeva; 28. Ramiz Hüseynov; 29. Fuad İbrahimov;

30. Elmar Qasımov; 31. Rəşad Mahmudov; 32. Pərvin Kərimzadə;

33. Samir Cəfərov; 34. Asif Əsgərli; 35. Elnarə Akimov;

36. Valeh Əsgərov; 37. Əfsun Sucayev; 38. Ülviyyə Həmzəyeva;

39. Rövşən Bayramov; 40. Bayram Aslanov.

Bundan əlavə ləğv olunan Siyasi Şuranın bəzi üzvləri İdarə Heyətinin tərkibinə qatılıb. 





***

Bu gün keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədriİlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər.

İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.

Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib.

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.

Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

***

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən Qurultayında partiyanın Siyasi Şurası ləğv edilib.

Bu barədə "Report"a Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov məlumat verib.

O bildirib ki, ilk dəfə olaraq partiyanın Veteranlar Şurası yaradılıb.

***

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

“Report”un xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

* * *

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

"Report"un xəbərinə görə, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.