ƏLİ ƏHMƏDOVUN YAP-dakı VƏZİFƏSİ LƏĞV OLUNDU - Partiyaya cari rəhbərlik yeni şəxsə tapşırıldı + FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Bu barədə YAP-ın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.

Xatırladaq ki, Əli Əhmədov partiyanın icraçı katibi kimi YAP-a cari rəhbərliyi həyata keçirirdi. Qurultayda bu səlahiyyət onun əlindən alınıb. Heç şübhəsiz, bu qərar Əhmədovun “köhnə qvardiya”ya sıx bağlı olması İilə əlaqədar verilib.

Bundan sonra YAP-a cari rəhbərliyi Tahir Budaqov həyata keçirəcək. 

Qeyd edək ki, "AzPolitika.info" bir neçə gün əvvəl Əli Əhmədovun YAP-dakı vəzifəsindən çıxarılcağı barədə məlumat vermişdi. 

"Partiyanın icraçı katibi Əli Əhmədov da postundan gedəcək, amma onun rəhbər orqanlarda təmsilçiliyi qalacaq” -deyə, mənbə saytımız bildirmişdi. 

Tahir Budaqov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. O, 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Tibb elmləri namizədidir (1992).

1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının İdarə Heyətinin sədridir. 

18 noyabr 2017-ci ildə n Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilmişdir.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Teymur 2021-03-09 12:50:39

Akif və DAVUD 1-cisi Tahir müəllim Budaq Budağovun heç bir qohumluğu yoxdur. 2-cisi o, vəzifəyə qəfil sıçrayışla gəlməyib.3-cüsi isə, Tahir müəllimin iş prinsiplərini bilmədən kor-koranə mühakimə yürütməyin.onun işində nə qədər obyektiv, ədalətli, prinsipial , işçilərinin qayğısına qalan, onların vəziyyətlərini diqqətlə dinləyib kömək edən vəzifəli şəxslər çox azdır.

T.edalete 2021-03-09 00:48:24

Amma yatanda gozleri gormur.

Vahid 2021-03-07 11:58:49

Əli Əhmədov icraçı katib idi,indi sədr müavini olub.Maaşı azaldı,yoxsa gəlir yeri?....

Cəmşid Dərələyəzli 2021-03-07 10:45:13

Tahir müəllimdən ilk öncə Aparatdan Əli Əhmədovun Mahir Abbasəliyev kimi adamlarını Mərkəzi aparatdan və dörd il yarımdır ölüm hadisəsinin iştirakçısı olmuş YAP Pirallahı rayon təşkilatını keçmiş sədri (təşkilatın idarə heyətində hələ də qalır) Manaf Manafovun məsələsini araşdırardı.

Cəmşid Dərələyəzli 2021-03-06 16:37:53

Öncə Ölkə başçısının bu yöndəki qətiyyətini də alqışlayırıq. Əslində Əli Əhmədov tamamilə kənarlaşdırılmalı idi. O aparta təyin etdiyi Mahir Abbasəliyevin əli ilə demək olar ki,partiyanın qapısını onun siravi üzvülərin üzünə qapatmışdır. Mahir Abbasəliyev Əli Əhmədova arxalanaraq o həddə həddini aşmışdır ki, polisə tapşırmışdı dərdini söyləməyə gələnləri aşağıdan yuxarıya belə buraxmırdı. İnanırıq ki, yeni aparat rəhbəri-cənab Tahir Budaqov Mahir kimi məsuliyyətsiz adamları aparatdan uzaqlaşdırar. .

Akif 2021-03-06 12:25:52

Məlumat üçün bildirirəm ki, Tahir Budaqov respublika ağsaqqallar şurasının mərhum sədri Budaq Budaqov oğludur və tərcümeyi halından göründüyü kimi sıçrayışla yüksək vəzifəyə nail oldu. Budaq Budaqov isə mərhum Heydər Əliyevin və onun qardaşı Cəlal Əliyevin yaxın dostu olub.

Doğru 2021-03-06 00:16:42

Bu bərpa mərkəzi Yap üçün kadr yetişdirir bəyəm. Əli əhmədov da ordan çıxıb. Trampulindi elə bil ora.

Veteran 2021-03-05 23:23:13

Pis təyinat deyil.

Provizor 2021-03-05 20:40:57

YAP da yaxşı adam ştatı açılıb hı, onda mən astronavtam

Provizor 2021-03-05 19:44:06

Bu həmin Budaqov idi ki, Tibb institutunun komsomol katibi olanda 20 yanvardan sonra komsomol biletimi cırıb stola atanda stependiyamı kəsdirdi, yaxşı ki, tək deyildim, institutdan qovdura bilmədi.

DAVUD 2021-03-05 18:02:59

TİBB TƏHSİLLİ ADAMIN RİYAZİ BİLİK,HESABLAMA TƏLƏB EDƏN STATİSTİKA KOMİTSİNƏ SƏDR TƏYİNATI DA ANLAŞILAN DEYİL.iNSAN ÖZ TƏHSİLİNƏ,İŞ TƏCRÜBƏSİNƏ ƏSASLANMAYAN VƏZİFƏLƏRDƏ HEÇ VAXT MÜVƏFFƏQİYYƏT QAZANA BİLMƏZ! BELƏ KADR TƏYİNAYLARI AZƏRBAYCANA BÖYÜI ZƏRƏRLƏR GƏTİRİB,HƏQİQİ İMKİŞAFA MANE OLUB.NAXYERAZ ÖLKƏNİ BƏRBAD ETDİy

t.ədalət 2021-03-05 17:52:43

Tahir Budaqov həqiqətrən yaxşı adamdır.

Son yazılar