QAZAXIN İŞĞALDAKI KƏNDLƏRİ QAYTARILIR – Rus sülhməramlıları ərazidə

Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.

Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıb.

Bu barədə bir neçə erməni KİV və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət orqanlarına istinadən məlumatlar yayıb.

Erməni müxalifətçiləri də öz növbəsində Ermənistan hakimiyyətini növbəti dəfə torpaq təslimində və xəyanətdə günahlandırdılar. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi “Ermənistan ərazilərinin” təslim edilməsinin mümkün olmadığını bildirib.

Əslində bu bəyanat baş verənlərə zidd deyil ki, çünkü bu istiqamətdə ermənilər iki Azərbaycan anklavını işğal ediblər və söhbət burada yerləşən Bağanis Ayrım, Barxudarlı, Sofulu, Yuxarı Əskipar, Aşağı Askipar, Yeyrimli, Qızılhacılı kəndlərindən gedir.

Azərbaycandan Ermənistana (İcevan və Noyemberyana) gedən avtomobil və dəmir yolları bu anklavlardan keçir. Erməni tərəfi Rusiyaya məhz bu yolun, Zəngəzur dəhlizindən deyil, açılmasının vacibliyindən danışır. Bunu nəzərə alaraq, bu yoldan istifadə məsələsinin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması şərtilə reallaşa biləcəyini güman etmək olar. Eyni zamanda, aydındır ki, , Bakının buna o zaman razılıq verə bilər ki, həm də Zəngəzur dəhlizi açılsın. ( Turan)

635x100

Şərhlər

Moshu 2021-03-09 04:27:03

Bu siyahıya Vəli Axundov Azərbaycanın 1-ci katibi olanda ermənilərə Gədəbəy ərazisindən verilən 820 hektar ən məhsuldar örüş sahəsi, meşə massivi və Tağılar kəndini də əlavə etmək lazımdır

Roma 2021-03-08 18:18:06

Eldəniz adı ilə yazanla tam razıyam: "10 noyabr bəyanatında zatən bu yazılmışdı , ermənilər tərəfindən süni şəkildə uzadılıb bu mesele ..." bəli bu məsələ orda var, lakin ermənielə bir bic vələdüzna toxumdur ki, onunla istənilən bir məsələnin razılaşdırılması və ya həlli qeyri mümkündür. Rusiya bizə imkan vermədi ki, ermənini diz üstə oturdaq və öz şərtlərimizi qəbul etdirək, ona görə də indi erməni haykanuşların hesabına rus sülhməramlılarını öz tərəfinə çəkir, elə Moskvadan da onlara olan rəğbət bilinir...

Eldəniz 2021-03-08 10:28:31

10 noyabr bəyanatında zatən bu yazılmışdı , ermənilər tərəfindən süni şəkildə uzadılıb bu mesele ...

Son yazılar