Bu gün Ali Məhkəmədə "AzTV" QSC-nin keçmiş sədri Arif Alışanovla bağlı iki şikayətə baxılıb. Bu barədə "AzPolitika.info"-ya Alışanovun iddiası əsasında 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şamaxı rayon sakini Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva məlumat verib.
O bildirib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə atası da iştirak edib: "Prosesdə atamın vəkili İmanqulu Həsənov çıxş edərək, Ş. Əkbərov barəsində verilmiş hökmün ədalətsiz olduğunu, ittihamda göstərilən halların istintaqda və məhkəmədə sübut olunmadığını bildirdi. Atam da öz növbəsində dedi ki, o, A. Alışanova qarşı heç bir cinayət törətməyib, tamamilə günahsızdır. Hakim Fərhad Kərimov ədalətli qərar verdi, cinayət işi ləğv olunaraq Apellyasiya Məhkəməsinə qaytarıldı. Ona sonsuz minnətdarlığımızı bildiririk".

Onun sözlərinə görə, məhkəmədə A. Alışanov tərəfdən heç kim, hətta vəkili belə iştirak etməyib: "Buna baxmayaraq, hakim anam S. Sadıqovanın şikayətini təmin etmədi. Nəticədə biz bütün əmlakmızdan məhrum olduq. Nə edəcəyimizi, harada yaşayacağımızı bilmirik".
"AzPolitika.info"

Şərhlər
bax budur bizim gerçək "ədalət" məhkəməsi! Bəs hanı məhkəmədə ədalət?