Amerika Birləşmiş Ştatları (ABŞ) qrant qismində təqdim olunan hər sentə görə, Ermənistanın milli və dövləti maraqlarının, suverenliyinin və erməni xalqının mövcudluğunun əleyhinə yönəldilmiş xidmətlər tələb edəcək.
«VERELO» nəşrinin xəbərinə görə, bu barədə «Ermənistan qartalları. Vahid Ermənistan» partiyasının lideri Xaçik Asryanın bəyanatında söhbət açılır. Bəyanatda Asryan ABŞ qrantı almaq şirnikliyindən imtina etməyə çağırıb.
«Martın 4-də məlum oldu ki, ABŞ Dövlət Departamenti Ermənistanda öz agentlərinin təsirini həvəsləndirmək işlərini davam etdirməyə, yeni təsir agentləri şəbəkəsinin yaradılmasına və bu məqsədlə milyonlarla dollar ayırmağa hazırlaşır. Bütün bunlar, kimlər ki, erməni-amerikan münasibətlərinin möhkələnməsinə vicdanla xidmət edirlər, başqa sözlə, Ermənistanda ABŞ maraqlarına xidmət edirlər, onlar ABŞ səfirliyindən 150 min dollar həcmində qrant alacaqlar. Hər sentə görə ABŞ Ermənistanın milli və dövləti maraqlarının, Ermənistanın suverenliyinin və erməni xalqının mövcudluğunun əleyhinə yönəlmiş xidmət tələb edəcək. Belə qrantlar hesabına yaradılmış agent şəbəkəsi 2018-ci ilin aprel-mayında Ermənistanda dövlət çevrilişi həyata keçirib. Nəticədə, bizim ölkəmiz uçurum qarşısında qaldı: biz, Arsaxı (guya ki, Qarabağ onların imiş - Red.) və 5 min oğlanımızı itirdik, 10 min nəfərdən artığımız yaralandı, yüzlərlə insanımız itkin və əsir düşdü, onların taleyi ilə dövlət səviyyəsində maraqlanan yoxdur. Məhz həmin ABŞ agent şəbəkəsi demək olar 3 ildir bizim dövlətçiliyimizi dağıdır, bizim milli identikliyimiz, dilimiz, dinimiz, tariximiz və mədəniyyətimiz əleyhinə barışmaz mübarizə aparır, artıq 3 ildir pozulmuş mənəviyyat təbliğ edir ki, bunun nəticəsində anti-erməni bandası formalaşıb. Onlar üçün vətən, millət və dövlət heç bir dəyər kəsb etmir… «Erməni qartalları. Vahid Ermənistan» Milli-Xristian partiyası bu şirnikləndirmələrdən imtina etməyə, bu pulları götürməkdən, öz xalqına və dövlətinə qarşı xidmətdən imtina etməyə çağırır. Hər bir erməni anlamalıdır ki, o, keçicidir, vətən isə əbədi dəyərdir…»
Bəyanatın ruhundan və stilistikasından açıq görünür ki, o, Rusiyanın məlum mərkəzləri tərəfindən irəli surulüb və Ermənistanın mövcud hökumətinin, Baş nazir Nikol Paşinyan kabinetinin əleyhinə yönəlib. Ancaq maraqlı burasıdır ki, 2018-ci ildə Ermənistada baş verən dövlət çevrilişi zamanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova (sanki nazir Sergey Lavrovun adından danışırmış kimi) bu «inqilab»a maraqlı reaksiya vermişdi: «Velikiy narod». İndi isə elə həmin dairlərin diqtəsi ilə Ermənistanda partiya lideri xalqı «anti-erməni banda» adlandırır. Ermənilər isə kim nə çalsa, oynayırlar - açıq görünür ki, ermənilər sadəcə «açarı itiriblər», vəssalam.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər