Menu

Navalnı naməlum həbsxanaya köçürülüb

12.03.2021, 18:16
Navalnı naməlum həbsxanaya köçürülüb

Rusiyalı müxalifətçi Aleksey Navalnı başqa həbsxanaya köçürülüb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb. Qeyd olunur ki, Navalnı Vladimir regionundakı təcridxanadan naməlum yerə köçürülüb.

Martın 12-də Navalnının “Twitter” hesabında yerləşdirilmiş məlumata görə, müxalifətçinin vəkilləri iş gününün başlanğıcından təcridxanada olublar, amma müxtəlif bəhanələrlə onlara görüş verilməyib. Sonradan isə müxalifətçinin təcridxanadan çıxdığı deyilib.

Martın 3-də Navalnı Kolçuqino şəhərindəki 3 saylı təcridxanaya köçürüldüyünü bildirib. Amma onun Pokrov şəhərindəki cəzaçəkmə müəssisəsinə göndəriləcəyi gözlənirdi. Bu koloniya Rusiya Federasiyasının Avropa hissəsində ən sərt müəssisələrdən biri kimi tanınır.

Prezident Vladimir Putinin tanınmış tənqidçisi olan Navalnı ötən ay iki il yarım həbs cəzasına məhkum edilib. Onun mənimsəmə ittihamı üzrə şərti cəzanın şərtlərini pozduğu bildirilib, amma özü və insan haqları fəalları bu ittihamın siyasi məqsədlə quraşdırıldığını bildirilər.

Qərb ölkələri onun dərhal azadlığa buraxılmasına çağırırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol