AVROPA-ƏRƏB BLOKU VƏ İRAN TÜRKİYƏYƏ QARŞI - Kürdlər və ermənilər terrora təhrik edilir

Türkiyəyə yönəlik düşmən münasibətdə olan bir sıra ölkələr - Fransa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Ermənistan tədricən Türkiyənin cənub sərhədi boyunca və İraq Kürdüstanı bölgəsində diplomatik və iqtisadi iştirakını gücləndirir. Bununla eyni vaxtda İran tərəfindən başçılq edilən bölgəsel «müqavimət oxu» adlı hərbiləşdirilmiş birləşmələr getdikcə Türkiyəyə qarşı daha qatı düşmənçilik münasibətlərinə baş vururlar, nədən ki, sonuncular Kürd Fəhlə Partiyası (PKK) tərəfdən yezidlərin çoxluq təşkil etdiyi Sincar yaşayış məntəqəsində (İraqın şimalı) artan təhlükəni görürlər.

Bu barədə «Middle East Eye» informasiya-analitk portalının (mənzil-qərargahı Londondadır) səhifələrində martın 11-də siyasi şərhçi Tamer Bədavi yazıb.

Avropa-ərəb bloku və İran Ankara ilə İraqdakı savaşda «hesaba əsaslanan kəbin»dən xeyli uzaqdır, amma bu döyüş 2021-ci ildə Türkiyə üçün mürəkkəb məsələyə çevriləcək. Məqalə müəllifinin yazdığına görə, bu zaman nəzərə almaq lazım gəlir ki, kürd məsələsi hələ də Türkiyənin öz ərazisində həll edilməmiş qalmaqdadır.

«Türkiyənin bəzi rəqiblərinin İraqa təsiri yenilik deyil. Məsələn, Fransa İraqa çoxdan maraq göstərir və bu zaman onun xristian və digər azlıqlarına xüsusi diqqət yetirir. Ötən ildən Fransa İraqda hissolunacaq diplomatik təşəbbüslər göstərir - iyulda, avqustda və sentyabrda Şərqi Aralıq dənizi bölgəsinə yüksək səviyyəli səfərlərin yer aldığı bir vaxtda Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında gərginliyin sərt şəkildə artması bunun nəticəsidir. Parisin bu fəallığı həm də Türkiyənin İraqda PKK-ya qarşı apardığı hərbi kampaniyanın güclənməsi ilə üst-üstə düşüb» - deyə, Tamer Bədavi xatırladır.

İraqda çoxdankı daha bir oyunçu da Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ) və o, İraqdakı kürd bölgəsinə əhəmiyyətli iqtisadi təsirə malikdir. BƏƏ və Səudiyyə Ərəbistanı da kürdlərin üstünlük təşkil etdiyi «Suriya demokratik qüvvələri»nə (SDQ) Suriyanın şimal-şərqində son 10 ildə dəstək verir. SDQ-nin tərkibində aparıcı güc kürdlərin «Xalq özünümüdafiə dəstələri»dir. Rəsmi Ankara onu terror təşkilatı hesab edir. Həm də o zaman ki, kürd dəstələri Birləşmiş Ştatların birbaşa hərbi dəstəyi ilə Barak Obamanın prezidentliyi dövründə meydana gəlib və indiyə qədər amerikalıların Suriyada açar və faktiki yeganə müttəfii olaraq qalır.

Ərəb siyasi şərhçi hesab edir ki, Avropanın Ərbilə (İraq Kürdüstanının paytaxtı - M.A.) və Bağdada yönəlik artan «qulluğu» son nəticə etibarilə onların Ankara ilə danışıqlarda mövqeyinin güclənməsinə xidmət edir. «Fransa və BƏƏ güman ki, onun hərəkətverici qüvvəsi olublar ki, Yunanıstanı və Ermənistanı Bağdadla və Ərbillə diplomatik yaxınlaşmaya yönəldiblər. Avropa və İraq arasında qarşılıqlı fəaliyyətin bu güclənməsi Fransa, BƏƏ, Yunaıstan, Kipr və Misir arasında 2020-ci ilin mayında qəbul edilmiş və Türkiyə əleyhinə yönəlmiş birgə bəyanatdan sonraya təsadüf edir. Afina da Parisin təcrübəsini təkrar edib və özünün Xarici İşlər naziri Nikos Dendiası ötən ilin oktyabrında Bağdada səfərə göndərib. O vaxtdan bəri Yunanıstan İraqda PKK-ya görə Türkiyəyə qarşı sərt ifadələr işlətməyə başlayıb» - ekspert qeyd edir.

Ermənistana gəlincə, demək lazımdır ki, Bədaviyə görə, bu ölkə İraqdakı razılaşdırılmış dplomatik səylərə Ankaranın Qarabağ münaqişəsində (müharibədə) Bakıya dəstək verdiyinə görə qoşulub. «Bundan az sonra Ermənistan Ərbildə baş konsulluq açıb» - Bədavi qeyd edir.

Eyni zamanda, Türkiyənin İraqdan və Suriyadan keçən PKK şəbəkəsini kəsmək ambisiyaları İraqdakı İran yönlü hərbiləşdirilmiş birləşmələrin güclü çağırışları ilə qarşılaşıb. Onlar narahatdırlar ki, Türkiyə tərəfindən İraq-Suriya sərhədinin şimal hissəsinin bağlanması Tehran tərəfindən yaradılan İran-Şərqi Aralıq dənizi «quru körpüsü»nü sual altına alar.

«Bu ilin əvvəlindən Türkiyə PKK-ya qarşı Sincara qaçılmaz hərbi yürüş hazırlayandan sonrakı son həftələr İraqın hərbiləşdirilmiş birləşmələri Türkiyəyə ultimatum göndərib və daha əhəmiyyətlisi budur ki, Sincara kömək üçün «Əsab əl-Qəhv» şiə qruplaşmasını yollayıb. Bu birlik ötən ilin əvvəlindən tanınmağa başlayıb və fevralın 15-də İraqın şimalında Türkiyənin hərbi postuna raket atdığını bəyan edib» - ekspert xatırladır.

«Bu, o mənaya gəlmir ki, İran Türkiyə ilə birlikdə PKK ilə mübarizədə maraqlı deyil. PKK döyüşçüləri dəfələrlə İran-Türkiyə qaz kəmərinə hücum edərək, bölgədə Tehranın iqtisadi maraqlarına qarşı durublar. Ancaq ehtimal ki, PKK-ya qarşı İranın Türkiyədən fərqli yanaşması var və bu zaman o, eyni vaxtda bir neçə qruplaşma ilə mübarizə aparır, lazım olanda isə daha uzaqdakına qarşı nisbi dözümlülük, Türkiyəyə isə qıcıq göstərir» - Bədavi qeyd edir.

Türkiyə-İraq ticarəti artır, ekspert davam edir, Ankara bu yaxınlarda İraqa elektrik enerjisi ixrac etməyə başlayıb. Amma bununla yanaşı, Türkiyə digər iqtisadi imkanları itirir, xüsusilə də İraqın şimalında - Fransa və BƏƏ-nin sayəsində. Bu ilin əvvəlində Türkiyə podratçıları İraq Mosulunda beynəlxalq aeroportun təmiri məsələsində fransalı rəqiblərinə uduzublar (2014-2017 illər). Aeroport İD-nin işağlı altında olub. Türkiyə bu layihəni çoxdan gözaltı eləmişdi və tarixi baxımdan Mosulu özünün «təbii təsir dairəsi» hesab edirdi. Eyni zamanda, BƏƏ-nin qaz şirkətləri İraq Kürdüstanında yüksək fəallıqları ilə seçilirlər.

Siyasi şərhçi Bədavinin fikirləri başqa mənbələrin məlumatları ilə də təsdiqini tapır, xüsusilə Fransanın, ABŞ-ın və digər «anti-türk bloku» üzvlərinin PKK-ya və Ermənistana təsiri, onların terror əməllərinə hərbi-siyasi dəstək verməsi təkzibedilməz faktlarla faş olur. Məsələn, fevralın 22-də (2021) Azərbayan KİV-nin yaydığı bir məlumatda deyilirdi ki, İraqın şimalındakı Gara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilmiş PKK terrorçuları dindirilmə zamanı təşkilatın xarici dəstəyi barədə önəmli məlumatlar veriblər. Bu barədə Türkiyənin «Yeni Şafak» qəzeti yazıb.

Təslim olan terrorçu deyib: «Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə (Rusiya və ABŞ) vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən PKK-ya xəbər verirdi». Həmin PKK-çı təmsil etdiyi təşkilatın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə əlaqələrinin olduğunu da deyib və bildirib ki, ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz uçaqlarla havadan əldə etdiyi görüntüləri və koordinatları təşkilata ötürür.

Maraqlısı isə odur ki, bu dövlətlərin əksəriyyəti terrorla mübarizə apardıqlarını bəyan edirlər və hər biri PKK-nı terror təşkilatı kimi tanıyır, ancaq əl altından ona dəstək verməkdən utanıb-çəkinmir. Üstəlik də bütün bu çirkin fəaliyyət demokratiyadan dəm vuran həmin ölkələrin xilafi-demokratlarının gözləri qarşısıda həyata keçirilsə də, gerçəkdə onlar susmağa üstünlük verirlər.

İmperialist ölkələrin belə iyrənc davranışı təcrübədə «terror» və «xaç» ifadələrinin tam mənada assosiasya etməsinə gətirib çıxardıb. Belə ki, həmin ölkələrin demək olar, hamısı xristianlığın hakim olduğu diyarlardır, müsəlman ərəbləri və farsları isə məhz onlar «yoldan çıxardırlar».

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

vidadi goyce 2021-03-24 17:36:52

cecenler Allahin qorudugu milletdir,ermeniler ise rusun itidirler

Azər 2021-03-14 23:43:37

Bir filmdə deyildiyi kimi... "Türk olmaq çətindir. Çünki bütün dünya ilə vuruşursan . Amma Türk olmamaq daha çətindir. Çünki Türklə vurasacaqsan." Allah yar və yardımçımız olsun

t.ədalət 2021-03-14 14:23:28

Türkiyə "əzildikcə" bir az da dirçəlir.Tezliklə Yaxın Şərq üç qüdrətli dövlətin:Türkiyə,Böyük Britaniya və İsrailin əlinə keçəcək.Rusiyanın əlaltından hazırladığı müsəlman dövlətlərin və kürdlərin meydanı daralmaq üzrədir.Nə qədər ki ABŞ Türkiyəyə qarşı deyil,yəni real müharibə aparmır,İran və digər gədə-güdə dövlətlər heç nə edə bilməyəcəklər.Avropanın və Rusiyanın narahatlığı getdikcə Türkiyənin ərazilərinin genişlənəcəyi qorxusudur.Türkiyə tezliklə Ukraynanın da təhglükəsizliyinin qarantına çevriləcək.

Eli 2021-03-14 14:16:13

Heç görmüsünüz ki ağlı başında olan millet ve dövlet terrorizmle meşğul olsun ,sncaa “peşkalar” bu yolu tutar .Bu tarixen bele olub.1million Çeçen neçe yüz illerdir ruslarla vuruşur ancaq kişi kimi daha terrorist kimi yox.

Son yazılar