Menu

Salyanda vəzifəli şəxs qəfil vəfat edib - FOTO

14.03.2021, 14:43
Salyanda vəzifəli şəxs qəfil vəfat edib - FOTO

Salyan rayonunda vəzifəli şəxs dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi, 1960-cı il təvəllüdlü Nəzirov Elçin Bayram oğlu bu gün səhər saatlarında evdə olan zaman qəfil dünyasını dəyişib.

Kənd sakinlərinin bildirdiyinə görə, Salyanın Yenikənd kəndində doğulan E. Nəzirov uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, E. Nəzirov 8 ilə yaxın idi Xıdırlı kənd ərazi vahidliyinin nümayəndəsi işləyirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol