Bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı vitse-spiker Fəzail İbrahimli təhsil və mədəniyyət sahəsində yaranmış problemlərdən danışıb. 

"Təhsil, mədəniyyət sahəsinə diqqət yetirək: Azərbaycan təhsili elə səviyyədə korrupsiyalaşdı ki, getdi düşdü reanimasiyaya. Bu gün də onun müalicəsi davam edir. Bugünkü nazirə çox böyük miras qalıb. Mədəniyyətin dilində və qulağında-eşitməsində problemlər yarandı",-deyə millət vəkili vurğulayıb

"AzPolitika.info"