Menu

"Bazarlarda qiymətlər dözülməz dərəcədə bahadır" - Vahid Əhmədov hökuməti tədbir görməyə çağırdı

16.03.2021, 14:35
"Bazarlarda qiymətlər dözülməz dərəcədə bahadır" - Vahid Əhmədov hökuməti tədbir görməyə çağırdı

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov bazarlarda ərzaq və qeyri-ərzaq məhsullarının dözülməz dərəcədə baha olmasından şikayətlərnib.

"AzPolitika.info" xəbər verir ki, deputat qiymətlər gündən-günə artmasında şikayətlənərək vurğulayıb ki, bu daha çox subyektiv amillərlə bağlıdır.

V. Əhmədov təklif edib ki, qiymət artımının qarşısını almaq üçün dövləti xüsusi tədbirlər işləyib hazırlamalıdır. 

"Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu Məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik”-deyə, millət vəkili bildirib.

"AzPolitika.info"

Şərhlər

Xalx 2021-03-16 23:49:05

Tutaq ki, “Rəqabət Məcəlləsi” qəbul olundu... Nə olacaqki?.. Cinayət məcəlləsi var - nədi rüşvət alınmır, korrupsiya yoxdur , ya məhkəmə,polis,prorurorluq qanunu q......na. alır?.. İstəyirlər 100 min qanun qəbul etsinlər, cəmiyyət düzəlməyib, ictimai nəzarət olmayacaqsa boş şeylərdir...

Millət 2021-03-16 15:12:39

Ay Vahid müəllim, sən elə qiymətlərin yüksə olmağından, bahalıqdan yazırsan. Ancaq bir Milli Məclisdə müzakirəyə çıxardıb bu yazıq millətə kömək etmirsən. Deməli sənə belə tapşırıq veriblər ki bu yazıq millətin başını aldat. Guya xalqın dərdini çəkirsən. toxun acdan nə xəbəri !!! Bəsdirin də bu milləti ələ saıdınız.

Semed 2021-03-16 15:00:44

Qiymətlərin baha olması məsələnin bir tərəfidir əgər insan issizdurse və heç bir gəlir yeri yoxdursa Sahil Babayev kimi nazir iqlu yoxdursa ona stendə görə pensiya düzəltsin o insanlar nə etmelidirler

TARIX 2021-03-16 14:49:35

18-Cİ ƏSRDƏ İNGİLTƏƏDƏ ANTİMONOPOL QANUN QƏBUL EDLMİŞDİR VƏ DÖVLƏT BUNA CİDDİ NƏZARƏT EDİRDİ.QANUNU POZANLARA ÖLÜM CƏZASI VERİLİRDİ.BU QANUN MÜTLƏQ QƏBUL EDİLMƏLİ VƏ ONUN İCRASINACİDDİ NƏZARƏT OLMALIDIR.

vətəndaş 2021-03-16 14:45:51

Dedilər ki, deyərsən , dedin. Mən deyim ki, demə, düşün, bazar iqtisadiyyatı dövründə qiyməti sən təyin etmirsəm, axı sən bazar deyilsən?1 Düzü, mən də bazar deyiləm! .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol