Menu

Ağdamda 6 nəfər minaya düşüb - Ölənlərin sayı 2-yə çatıb(Yenilənib)

16.03.2021, 20:21
Ağdamda 6 nəfər minaya düşüb - Ölənlərin sayı 2-yə çatıb(Yenilənib)

Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri - 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdam rayonunda altı nəfər minaya düşüb. "Report"un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində yeddi yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub. Trend-in məlumatına görə, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.

Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.

Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət almayıb.

***

Ağdam rayonunda 5 nəfər minaya düşüb. "Report"un xəbərinə görə, hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.

Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.

Faktı Ağdam Rayon İcra Hakimiyyəti "Report"a təsdiqləyib.

Şərhlər

RT 2021-03-17 03:27:28

Mene catmir bele hereketler ))) Adam ne qeder klassika olar ,,,,

Eli 2021-03-16 20:14:28

Axı bu nece olur ki insan özünü bile bile ölümün qucağına atır.Ay qardaş 30 il dözmüşük bir az da dözek da .Bir qeder sadelöhv olmayaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol