Şuşa şəhərində 29 il sonra İlaxır çərşənbə qeyd edilib. “Report”un xəbərinə görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İşğaldan azad edilən Şuşada uzun illərdən sonra ilk dəfə bayram tonqalı qalanıb.
Qeyd edək ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilib. 29 il sonra - 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Qalansın tonqallar. Xalqımızın min illərdən gələn mənəvi dəyərlərindən biri də Novruz Bayramıdır. Bayramın axırıncı çərşənbəsində tarixən babalarımız yurd yerlərinin ən hündür dağlarının başına qalxıb tonqal yandırardılar. Bu həm yazın gəlişinin nişanəsi, həm də Oğuz ellərinin bir birləri ilə odla bayramlaşma ən-ənənəsi idi. İllərdir hər bayramda arzu edərdi millətimiz ki, inşalllah gələn bayram tonqallarımız Qarabağda, Şuşada qalayarıq. Artıq o gün gəldi. Ali Baş Komandanın Rəhbərliyi ilə Şanlı və rəşadətli Azərbaycan ordusu nəhayyətdə bu bayrama əli boş gəlmədilər. Odurki də, bu gün işğaldan azad olunan torpaqlarımızın hər qarışında, Cıdır düzündə, ermənistanla bütün sərhəd boyu 33 ildir sönmüş ocaqlara köz salınmalı, tonqallar qalanmalı, bütün yurdlarımıza, Qarabağa xəbər salınmalıdır ki, biz gəldik, biz gəlirik. Qalanmalıdır ki, şəhidlərimizin ruhları şad olsun, mənfur düşmənlərimiz isə kahr olsun. Oyan Azərbaycan, bu gün çərşənbə günü,od günü, atəş günüdür. Qalansın Tonqallar, ruhlar təzələnsin, yallılar tutulsun, ellər oynasın. Çatlasın düşmənin bağrı, gündüzləri də gecələri tekin qaranlıq olsun.