“Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var...”
Ölkə başçısının müharibənin bitməsindən təxminən 1 ay sonra – ötən ilin dekabrında Bakıya gələn ATƏT-in Minsk Qrupunun həmsədrlərinə bu cür “xoş gəlmisiniz” deməsi sözügedən quruma layiq olduğu münasibətin ən bariz göstəricisi idi.
Bu qurumun hər zaman birmənalı olaraq anti-Azərbaycan mövqeyindən çıxış etməsi, Azərbaycanı birtərəfli güzəştlərə razı salmağa çalışması, ölkəmizin ərazi bütövlüyünü sual altına alması, ermənilərin və onların havadarlarının çaldığı havalara oynaması və s. cəmiyyətimizin olan-qalan səbrini də tükətmiş, əsəblərini tarıma çəkmişdi.
30 il çək-çevirlə, turist səfərlərilə, baş qatmaqla məşğul olan quruma artıq qalib Azərbaycanın başçısının bu münasibəti ATƏT-ə və onun Minsk Qrupuna tam yerində verilmiş və layiq olduğu cavab idi.

Ancaq deyəsən Ermənistan və onun havadarları kimi, ATƏT-in anti-Azərbaycan havasında köklənmiş rəhbər strukturları da müharibədəki məğlubiyyətin şokundan yavaş-yavaş ayılmağa başlayıb və yenə ölkəmizin ərazi bütövlüyünə, suveren haqlarına dil və əl uzatmağa girişib.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin bölgəyə son səfərində səsləndirdiyi fikirlər və Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma “xarici işlər naziri” David Babayanla görüşü də sübut edir.
Xatırladaq ki, ötən ilin dekabrında bölgəyə səfər edən Minsk Qrupu həmsədrləri separatçı rejimin nümayəndələrilə görüşməmişdilər və bunun səbəblərindən biri də Bakıda gördükləri münasibət, “yedikləri diplomatik şapalaq” idi.
Ancaq qurumun hazırkı sədri xanım Linde “cəsarət göstərərək”, özünü qondarma, heç kimin tanımadığı rejimin nümayəndəsilə görüşəcək səviyyəyə endirdi. Bu məntiqlə ATƏT sədri nəinki hansısa Balayanla, hətta ermənilərin Qarabağdakı başıpozuq silahlı tör-töküntülərinin hansısa postda oturan sərxoş, saqqalı üzvü ilə də görüşüb, dərdləşə bilər. Çünki hazırda “ATƏT, Minsk Qrupu” deyib mələyən məhz erməni tərəfidir, Linde və digərləri də elə ermənilərə lazımdırlar, bizə yox.
Ona görə də bölgəyə səfər edən xanım sədr “münaqişənin yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində həlli” və digər bu tip məsələlərdən ağız dolusu danışarkən, nədənsə bu uzun illər ərzində Azərbaycana vurulan maddi və mənəvi ziyan, işğal faktı, mülki əhalimizə qarşı etnik təmizləmə, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş zərər, ermənilərin apardıqları qanunsuz məskunlaşdırma və digər hərbi cinayətlər barədə bir kəlmə də danışmadı. Ancaq qondarma qurumun “XİN başçısı” ilə danışmağa mövzu tapdı...
Əslində, bu görüşün qətiyyən münaqişənin həllinə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın yaradılmasına xidmət etmədiyi gün kimi aydındır. Çünki ATƏT kimi mötəbər sayılan qurumun başçısı sanki münaqişə tərəfləri olan iki ölkənin arasına dılğır, qondarma və heç nə ifadə etməyən saxta bir rejimi zorla dürtməyə çalışır.
Bununla da sözügedən qurumun niyyətinin uzun illər davam etmiş münaqişənin həllinə yox, uzanmasına və yenidən alovlanmasına xidmət etdiyi açıq görünür...
Bəli, Minsk Qrupu müvafiq mandata sahib olmasına baxmayaraq, münaqişənin həllində 30 ildə heç bir real rol oynamayıb və bundan sonra daha 30 il də keçsə oynamayacaq. Qoy nə qədər istəyirlər gəlib-getsinlər. Azərbaycan Ordusu böyük ölçüdə münaqişənin həllinə öz gücü hesabına nail olub və bu işi tam başa çatdırmağa qadirdir. Lakin buna paralel olaraq, Azərbaycan diplomatiyası da daha böyük fəallıq göstərməli, aktiv iş aparmalıdır.
Elə ATƏT sədrinin separatçılarla görüşünə də sərt reaksiya verilməli, ortaya qəti mövqe qoyulmalıdır.

Bu müharibə və ondan sonra baş verənlər qardaş Türkiyə istisna olmaqla nə Qərbdə, nə Şimalda, nə də Cənubda Azərbaycanın qələbəsinə heç kimin sevinmədiyini, əksinə Ermənistanın məğlubiyyətinə göz yaşı tökənlərin sayının çox olduğunu göstərdi.
Bu gün Azərbaycana müharibədən az qala bir ay sonra ələ keçirilən, konkret hərbi cinayət törətmiş ermənilərin hərbi əsir qismində təhvil verilməsinə dair təzyiqlər var. Lakin Ermənistana heç kim 10 noyabr razılaşmasının hərbi birləşmələrin Qarabağdan çıxarılması, Naxçıvana dəhliz açılması kimi bəndlərinə riayət etməməsi, eləcə də minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi məsələsində təzyiq göstərmir.
Heç kim Ermənistanı Gəncə, Bərdə, Tər-Tər kimi rayonlarımızdakı dinc əhalimizi bombalamasına görə qınamır və qınamayacaq da...
Bbütün bunlar bir daha təsdiq edir ki, bugünkü dünya güc dünyasıdır. Yalnız öz gücün və iradən hesabına haqqını bərpa edə, torpağını, xalqını, gələcəyini qoruya bilərsən.
ATƏT və digər ermənipərəst qurumlara gəlincə, belə görünür ki, hələ bir müddət onların yerli-yersiz irad və təkliflərinə, açıqlamalarına dözməli və buna o qədər də ciddi yanaşmamalı olacağıq. Özü də bu proses Qarabağda hələ də qalan erməni ordusunun tör-töküntüləri, qondarma rejimin zir-zibili təmizlənənədək davam edəcək və lindelər, kasprşiklər, makronlar və digərləri əsəblərimizlə oynayacaqlar.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Linde "ATƏT prinsiplərinə və beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquq və insan haqlarına hörmət edilməsinin vacibliyini önə çəkib". Nə Yazıq ki, beynəlxalq hüquq anlayışı Qərbdə bir pavosdu və bu adətən bizim kimi inkişaf etməkdə olan və digər zəif olkələrə diqtə edilir. Dünyada hüquq anlayışından çox, güc anlayışı hakimdir. Qaldı onun bölgəyə gəlib, məsələnin mahiyyətini bilə-bilə separatçılarla görüşməsi bu avantüradır və siyasi əxlaqsızlıqdır. Əslində onları rahatsız edən artıq ATƏT-in bu coğrafiyada missiyasına ehtiyacın qalmadığını görmələridir. Azərbaycan etika xatirinə Sizləri qəbul edirsə, dinləyirsə, lütfən Sizlər də həddinizi aşmayın.
Alla Vefa Quluzadeye rehmet elesin .Deyirdi:Ne Avropa medeniyyeti bir yerde ki kiş kişi ile qadın qadınla evlenir hansı medeniyyetden söhbet gede biler ,medeniyydt bizdedir Şerqde.Düz de deyirdi Yeni bunlar Allahın yaratdıqlarının dediklerinin eksine gedirler yeni Allahsızdırlar.
Türkiyyenin sabiq prezidenti “Qara oğlan” rehmetlik Ecevit demişken Avropa birliyi bir xristian Klubudur.Onlarddn heç bir edsletli qerar gözlemek olmzz bu menasız bir işfit 30 il bizim facieye göz yuman bir xristizn toplumundzn ne gördük ki indi de ne gözleyek.Bunlar dini mensubiyyetlere göre qerar verirler.Başlarına deysin qerarları gücün var pylun var haqq senin terefindedir.Ne beynelxalq hüquq boş şeylerdir hsmusı.Bunlar kspitslı müdafie edirler haqq edaleti yox
Bunlar heç ne etmek iqtidarında deyiller.Biz öz işimizle meşğul olmalıyıq-serhedler betoa olunur,kendler qaytarılır,sonra Laçın dehlizinde mövqeyimizi tutandan sora qalan meseleler öz hellini taoacaq Bize bir az zaman lazımdır.zRusiya dağılır Avropaa bitliyi de onun kimi.Böyük Britaniya üzvlükdrn çıxdı Fransa ve İtaliya da hazırlaşır ve bu proses dzvam edecek Biz öz işimizde olmalıyıq vessalamİt hürer karban keçer Fahişelik narkomaniys ve alkoqolizm avropanın axtınz çıxmaq üzredird
ermənipərəst qüvvələrə bir məsləhət verək. İsveçin böyük ərazisi var, erməniyə yaxşı bir respublika qura bilərlər. Belə yaxşı şeydir yığıb aparsınlar ermənini. Bu ruslara da,farslara da, nederlandlara da ümumiyyətlə bütün ermənipərəstlərə aiddir bu təklif!
Bele eldenqayirma sedrle gorusmek lazım deyil..