ABŞ-ın yeni prezidenti Bayden, 20 Yanvardan bəri ilk dəfə Rusiyanı birbaşa hədəf alıb və Rusiyanın ABŞ-dakı seçkilərə qarışdığı iddiaları ilə əlaqədar sərt açıqlamalar verib.
ABC News-a verdiyi müsahibədə, "Putinin bir qatil olduğunu düşünürəm" deyən Bayden, Rusiya Prezidentinin ABŞ seçkilərinə qarışmasının əvəzini ödəyəcəyini söyləyib. Bunun nə olacağı sualına, ABŞ Prezidenti "Bunu qısa müddətdə görəcəksiz" cavabını verib.
Kremlin sözçüsü Dimitri Peskov ittihamları rədd edərək "Bu iddialar əsassızdır və heç bir dəlili yoxdur. Bu cür hərəkətlər ikitərəfli münasibətlərə xələl gətirir" deyib.
Baydenin bu açıqlamasının ardından Rusiya rublu dollar qarşısında 1%-dən çox ucuzlaşıb.
Güntəkin
"AzPolitika.info"


Şərhlər