Zərdab rayon Dəliquşçu kəndinin bir qrup sakini ölkə başçısına və hüquq-mühafizə orqanları rəhbərlərinə şikayət məktubu ilə müraciət edib.
Bir nüsxəsi də “AzPolitika.info”-ya ünvanlanan məktubda kəndin örüş üçün nəzərdə tutulan bələdiyyə torpaqlarının sabiq bələdiyyə sədri tərəfindən mənimsənildiyi iddia olunur: “Dəliquşçu kəndinin sabiq bələdiyyə sədri Qəhrəmanov Allahverdi heç bir sənədi olmadan təyinatı kənd camaatının mal-qarasının örüş torpağı olan 50 hektar ərazini mənimsəyib və həmin örüş torpaqlarında 20 hektar yonca, 20 hektar da taxıl əkib. Eyni zamanda böyük ferma tikib, balıq gölü yaradıb və bütün bu ərazidən öz xüsusi mülkiyyəti kimi istifadə edir.”
Şikayətçilər qeyd edirlər ki, bu barədə aidiyyatı orqanlara çoxlu sayda müraciətlər etsələr də, heç bir tədbir görülməyib. Kənd sakinləri sabiq bələdiyyə sədrinin bu əməllərinin Ədliyyə Nazirliyində ərazi üzrə kurator vəzifəsində işləyən Seymur Nağıyev tərəfindən ört-basdır edildiyini bildirirlər: “Seymur Nağıyev dövlət qanunlarını yox, öz şəxsi maraqlarını ali tutaraq örüş yerini qanunsuz əkən, balıq gölü yaradan, mişar daşından böyük ferma inşa edən Allahverdi Qəhrəmanovun əməllərinin üstünü ört-basdır edir. Həmin torpağın təyinatı örüşdür. Örüş torpağının əkilməsi isə cinayət əməli hesab edilir.”
Şikayətçilər sonda bu qanunsuzluqla bağlı müvafiq orqanların tədbir görmələrini, camaatın mal-qarasının örüş sahəsi olan ərazinin qaytarılmasını tələb edirlər.
Şikayəti Zərdab rayonu Dəliquşçu kəndinin aşağıdakı sakinləri imzalayıb: İmaməliyev Natiq Yaqub oğlu
Kərimov Telman Lətif oğlu (2-ci qrup Qarabağ müharibəsi əlili)
Hüseynov Alim Ağacan oğlu
Hüseynov Ağalar Böyükağa oğlu
İsgəndərov Bayram Yolçu oğlu
“AzPolitika.info” yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.
“AzPolitika.info”


Şərhlər
Öz kəndinə,öz qohum-qardaşına qarşı qanunsuz hərəkətlər etmək elə ermənilik kimi bir şeydir.Təəssüf ki bir çox kənd bələdiyyələrində "ehtiyat qəbristanlıq" adı altında xeyli torpaqlar şəxsi istifadə üçün çırpışdırılır.Bir zalım bələdiyyə sədrinin vaxtında cəzası verilmədiyinə görə xeyli adam narahat olur,qanuni haqqından mərhum edilir.Vəzifədən sui-istifadə halları çox ciddi cəza ilə neyterallaşdırılmalıdır.
Keçmiş başçı Lutvəli Babayev Allahverdi kimi adamları vəzifəyə qoymaqla onların əli ilə Zərdabda elə bir zərbə vurub ki bunu 5-20 ilə sagalmaz..
Allahverdi Qəhrəmanov bələdiyyə sədrinə qədər çobançılıq edib.Ləqəbi də .... Allahverdi" Savadşızdır. Keçmiş İHB Lutvəli Babayev onun qohumlarından alıb bələdiyyə sədri qoydu.Allahverdi də ləqəbini uygun bələdiyyə sədri işlədi, çapıb talayır.Pulina güvənib qanunları tapdaladı.torpaqları qanunsuz zəbt eləyib saxta sənədlər düzəltdi.