Menu

MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar

19.03.2021, 12:44
MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol