Menu

Ukraynada koronavirusa yoluxanların sayı 1 milyon 546 mini ötdü

21.03.2021, 11:54
Ukraynada koronavirusa yoluxanların sayı 1 milyon 546 mini ötdü

Ukraynada ötən gün 11 145 nəfərdə COVID-19 aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov feysbukda məlumat yayıb.

Məlumata görə, son sutkada 4 838 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirilib,166nəfər vəfat edib, 3 877nəfər isə sağalıb. Yeni yoluxanların arasında 585 nəfərin uşaq, 199 nəfərin səhiyyə işçisi olduğu vurğulanıb.

Xatırladaq ki, Ukraynada indiyədək 1 546 363 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 1 257 849 nəfəri sağalıb, 29 941 nəfər isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol