Menu

Dünyada COVID-19-dan sağalanların sayı 100 milyonu ötüb

23.03.2021, 18:14
Dünyada COVID-19-dan sağalanların sayı 100 milyonu ötüb

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalanların sayı 100 milyonu ötüb.

APA-nın “worldometers”ə istinadən verdiyi xəbərə görə, dünyada koronavirusdan sağalanların sayı 100 369 788 nəfərə çatıb.

Koronavirusa yoluxan 21 288 718 nəfərin müalicəsi isə davam edir.

Ümumilikdə dünyada 124 396 254 nəfər COVID-19-a yoluxub, koronavirusa yoluxan 2 737 748 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol